Qadin.NET / Antik dünya haqqında səhv bilinən faktlar

Antik dünya haqqında səhv bilinən faktlar

Antiq Britaniyada zəncilər vardı

London bu gün hər nə qədər mədəni şəhər hesab olunsa da, hamımızın ağlında yüzlərlə il öncə Britaniya yarımadasında zəncilərin olmadığına dair bir fikir var. Bu fikir əməlli-başlı səhv çıxdı. Reading Üniversiteti tərəfindən aparılan araşdırmada, zəncilərin  Britanyada 1800 ildir movcud olduğu ortaya çıxdı. Araşdırmalara görə məlum olub ki, Romalılar tərəfindən qurulan York şəhəri əslində Şərqi Afrikalıların yaşadığı çox mədəni bir şəhər olub. İsadan sonra 208-ci ildə Libya əsilli Septimus Severus bu şəhəri qurmuş, ölənə qədər də Roma İmperatorluğunu buradan idarə etmişdir. Bu vaxtdan sonra da, Britanyada Afrika əsilli insanların topluluqla yaşamağı davam etmiş, öz mədəniyyətlərini və adətlərini yaşatmışlar. Yəni Britanya əsla sadəcə ağların yaşadığı bir ada olmayıb.

 

Antik dünya haqqında səhv bilinən faktlar

 

Niderlandlılar ağıllı idi

Niderland kəlməsi nədənsə bəzi yerlərdə söyüş kimi istifadə olunur. Kobud, qaba, axmaq, sərsəm mənasını verən söz kimi insanlar bir –birini təhqir edir. Niderlandlılar axmaq deyildi, əksinə, əməlli-başlı ağıllı idilər. 2014-ci ildə aparılan bir araşdırma Niderlandlıların kütlə şəklində Mamont ovladığını ortaya qoydu. Niderlandlar təqib planı qurur, tələlər təşkil edirdilər. Heyvanları bəlli bir nöqtəyə sıxışdırıb ovlayırdılar. Bu qədər hərtərəfli bir planı işləmək, lazım olan  vasitələrdən istifadə etmək və uğurlu nəticə əldə etmək güclü zəka istəyir. Gereken. Üstəlik Niderlandlıların dini inancları, bütləri və sənət qavrayışları da vardı. Yəni "axmaq" mənasında Niderland kəlməsini istifadə etməmişdən əvvəl fikirləşmək lazımdır.

Qədim Misirdə yəhudi kölələr yox idi.

Dildən-dilə yayılan ən vacib hekayələrdən biri Yəhudi qulların Hz. Musanın başçılığı ilə Misirə etiraz edərək burdan qaçmalarıdır.

 

Ancaq ortada bir problem var, Son dərəcə sistemli bir arxiv düzəninə və qeydiyyat sisteminə sahib olan Qədim Misir qaynaqlarında belə bir hadisənin tək bir izi belə yoxdur. Kiçik bədəbi qəbilələrinin hərəkətlərini belə qeyd edən və bunları arxivləyən Misir dövləti hər nədənsə 600 min insanın üsyan edərək Misirdən qaçıb çöllərdə gəzdiyini nəzərdən qaçırıb.

Əlavə olaraq Misir pramidalarını da qullar yox maaşlı işçilər tikib. Onların da həkim xərclərindən tutmuş hərbi imtiyazlara qədər bütün hüquqları var idi. Cəmiyyətdə təbii ki, qullar var idi, amma onlar hansısa etnik qruplaşma yox, həmin xalqın borc səbəbi ilə qul olmuş insanları idi.

Antik dünya haqqında səhv bilinən faktlar

Roma xəyallardakı əyləncə meydanı deyildi

“Roma”, “Spartalılar” və daha neçe filmlərin canı sağ olsun ki, Romalıların kef içində yaşadığına dair bir fikir formalaşdırıblar. Onlara inansaq, Romalılar bütün gün şərab içib, kütləvi əyləncə məclislərində vaxt keçirib, yemek yeməkdən şişir, arada da dünyanın geri qalanını fəth edirdi. Həqiət əlbəttə, belə deyildi. Romalılar sərt adamlardı və çox yeyib-içməyə, sərxoş olmağa qarşı qadağalar var idi. Məsələn e. ə 81-ci ildə senat xüsusi adamların əyləncəyə xərclədiyləri pula məhdudiyyət qoyur. Yuli Sezar bazar yerlərinə əsgərlərini göndərir və israflı pul xərcləyənləri cəzalandırırdı.

 

Stoneheng tiklisi əhəmiyyətli bir yer idi
İngiltərədəki  Stonehenge bir çox insanın diqqətini çəkir, Spiritualizmə sitayiş edən insanlar bura böyük mənalar yükləyir, alimlər isə bu tiklinin sirrini açmaq üçün çalışırlar. 2014-cü ildə bir qrup elm adamınin bölgədə apardıqları araşdırmada vacib nəticələrə imza atmışdılar. Buna görə Stoneheng bölgədəki tək abidə deyildi.bu da ərazinin nə qədə rəhəmiyyətli, insanlarının inanclı olduğundan xəbər verir. Yəni Stoneheng adi bir abidə deyildi, əməlli-başlı insanların bir yerə yığışma nöqtəsi idi.
Ipək yolu ticarətdən ibarət deyildi
Antik dünya haqqında səhv bilinən faktlar
İpək Yolu deyiləndə ağla ticarət gəlir. Halbuki İpək Yolu bundan daha artığına qadir idi. İndoneziyadan italiyaya qədər uzanan bu düzəngah üzərində Buddist rahibləri, dərvişlər, sənətçilər, cəsuslar dolaşır, şəhərlər arasında məlumat alış-verişi edilirdi. Dedi-qodular müzakirə edilir, fəlsəfə mübahisə edilir, hətta moda haqqında yeni fikirlər yayılırdı. Bu yol sadəcə tacirlərin keçdiyi bir xətt  deyildi, eyni zamanda bir mədəniyyət mərkəzi idi.
Qədim Çində insanlar qurban verilirdi
İnsanları qurban edənlər sadəcə Aztəklər və ya  Mayalar deyildi. Qədim Çində də insanlar qurban verilirdi.
2007-ci ildə arxeloqlar əhəmiyyətli bir nəticə əldə etdilər, açılan bir məzarda 47 insan cəsədi tapıldı. Hamısı öz ağalarına sağ ikən qulluq etmiş xidmətçilər idi. Ağa öldükdən sonra nökərlər də onunla bir basdırılmışdı. Araşdırmalar nəticəsində məlum oldu ki, bu nadir hal deyil. Bu ənənə XVII əsrə qədər davam etmişdi.
Antik dünya haqqında səhv bilinən faktlar
28 may 2015
GO BACK