Qaynananıza bürcünə görə davranın...
Qoç bürcü
Doğrudan da Qoç kimidir. Əgər sizinlə tərs gəlsə, gününüz qara olar. Ətrafına qarşı şən və xoşbəxt görünər, amma gəlin və kürəkənləri yeyib-bitirər.
Buğa bürcü
Buğa bürcündəki qaynananıza ağ bayraq yelləməyinizə ehtiyac yoxdur. Çünki buğa kimi ayaqlarını yerə vurub dayanar və sizə hər cür hədə-qorxu gələr.
Əkizlər bürcü
Əslində sakitdir, amma etdikləri şeylər çox qeyri-müəyyən olur. Hər saniyə əhval-ruhiyyəsi dəyişir. Gah elə, gah belədir. Zəkası çox parlaqdır, gəlin və kürəkənlərinə ağlagəlməz sürprizlər edə bilər.
Xərçəng bürcü
Evinə və ailəsinə düşkün şəxsiyyəti vardır. Bu düşkünlük bəzən həddən çox olur. Ona görə də gəlinləri əsəbləşdirir. Dediyinin üstündə durandır. Yemək bişirib yedirməyi və qərar verməyi çox sevir.
Şir bürcü
Qorxulacaq qaynanadır. Əsəbləşdisə, işiniz bitdi. “Mənim dediyim olacaq” rejimindən heç çıxmaz.
Qız bürcü
Vasvası, ciddi, yumşaq təbiətli evdar qadındır. Evdə ağlagəlməyən sürprizlər edər. Özünə edilən bir şeyi heç vaxt unutmaz.
Tərəzi bürcü
Tarazlığın nümayəndəsi olan Tərəzi qaynanası vicdanlı və incə ruhludur. Ümumiyyətlə, ideal qaynanalar bu bürcdən çıxar.
Əqrəb bürcü
Əqrəb kimi sancar. Nə edəcəyi məlum olmaz. Onu başa düşməkdə çətinlik çəkərsiniz. Heç ummadığınız bir anda şəfqətli ola bilər.
Oxatan bürcü
Oğluna düşkün olduğundan onun maddi həyatına daha çox əhəmiyyət verər, iqtisadi çətinlik çəkməsini istəməz. Gəlinlərin işinə qarışmaz, ancaq oğullarıyla baş-başa vaxt keçirməyi sevdiyindən bu barədə gəlinlərinə qarşı eqoist ola bilər.
Oğlaq bürcü
Həyatın gerçəklərini ön planda tutar. Ağıllı və hər şeydən şübhə edəndir. Diqqət! Nəyəsə qərar versə, əsla geri dönməz. Yəni ən yüksəyə çatmaq üçün hər şeyə hazırdır!
Dolça bürcü
Əgər ağıllı və “mən bilərəm” deyən bir qaynananız varsa, deməli o, Dolçadır! Yola gedə bilsəniz, işlər qaydasında olacaq. Sizinlə “əlləşsə” də, bu, sizə nəsə öyrətmək üçündür.
Balıq bürcü
Balıq qaynanası kədərlənən, melanxolik, pula əhəmiyyət verməyən insandır. Ağlamaq üçün bəhanə axtarar. Bu da müəyyən müddət sonra bezdirər.
Xanımlar sizin qaynananız hansı bürcdəndi?