Lətifələr
1. Ana: ay bala, niyə evə belə gec gəldin?
Uşaq: Liftdə yazılmışdı ki, 4 nəfərdən artıq adam minməsin.
Ana: Hə, nə olsun ki?
Uşaq: Özümdən başqa 3 nəfəri də gözləməli oldum daaa...
2. Siçan anasına deyir:
- Ana, həyat çox qəribədir...
- Niyə?
- Bax, biz pişiklərdən qorxuruq, pişiklər itlərdən, itlər insanlardan, insanlar kişilərdən, kişilər qadınlardan, qadınlar isə bizdən.
- Gör nədən qorxuruq ee?
3. Arvad ərinə:
- Ay kişi bir işim düşüb sənə.
Evə qayıtmalıyıq, mən ütünü çıxartmağı unutmuşam.
Yanğın olacaq, biz geri qayıtmasaq.
- Lazım deyil ay arvad, yanğın olmayacaq.
- Niyə?
- Ona görə ki, mən hamamda suyu bağlamamışam, su açıqdır.
- Və evimiz yanğından xilas olacaq.
- Ay halal olsun sənə kişi. Qoy səni onda bir maç - muç edim!
- Lazım deyil, amma bir daha belə etmə...
- Yox qoy bir öpüm!
4. Çərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz.
- Həkim: Onda məndə sənə belə deyəcəm?
- Lay – lay deyim yatasan, qızıl güllərin içində batasan.
- Xəstə: Sizi mən heç başa düşmədim.
- Nə demək istəyirsiniz?
- Həkim: Onu demək istəyirəm ki....
- Xəstə: Nə demək istəyirsən??
- Həkim: Bu o deməkdir ki, siz vaxtsız bu dünyadan köçəcəksiniz!
- Xəstə: Hara köçəcəm həəə? Yəqin tez sağalacam, palataya köçürəçəksiniz?
- Həkim: Xeyir siz burdan və bu dünyadan birbaşa o dünyaya köçəcəksiniz.
- İndi məni yəqin lap yaxşı başa düşdünüz həəə?
- Xəstə: Həəə bax indi başa düşdümmm…
- Amma cox gecdir daha...
- Artıq son nəfəsimdir...
Indi nə faydasi.
5. Parkda ağacın yanında dayanmış dilənçi oğlanla qızı görüb deyir:
- Sən o gözəl qızın canı, mənə 50 qəpik ver.
- Oğlan cəld dilənçiyə baxıb deyir:
- Hanı gözəl, hani? Tez göstər,
-Sən gözəli mənə göstər mən sənə 1 manat verəcəm
6. Bax, düzünü de, ay bala,
- ev tapşırığını kim eləyib?
- Müəllim, vallah-billah xəbərim yoxdu, axşam cox tez yatmışam, hec xəbərim yoxdu ki, mənim bu dərslərimi kim edib?!
Təşəkkür edirəm əziz xanımlar, məqsəd hər birinizin üzündə gülüş yaratmaqdır. Nail ola bildimsə çox sevindim.