Qadin.NET / Üzüm

Üzüm

 

   Üzüm fəsiləsindən bitki cinsi aparılan elmi tədqiqatlarla üzümün vətəninin Kür vadisi ,Xəzər dənizi , Qara dəniz və Aralıq dənizinin ətraf rayonları olduğu müəyyən edilmişdir. Azərbaycanda 250 – dən çox yerli üzüm sortu aşkar edilmişdir.

   Azərbaycan seleksiyaçıları Ağ aldərə , Ağ kişmişi , Ağ xəlili , Ağ şanı , Bayanşirə , Qra aldərə ,Qara kişmişi , Qara şanı , Naxçıvanın qızıl üzümü , Qırmızı kişmiş ,Mədrəsə ,Şamaxı mərəndəsi , Gəlinbarmağı ,Rişbaba , Dəvəgözü , Sarıgilə ,Təbrizi ,Şirvanşahı və s üzüm sortları yaratmışlar.

Üzüm Şirəsi:

Üzümdən alınan şirə saf və bərk üzüm gilələrindən kompot , mürəbbə , şirə , və doşab hazırlandıqdan sonra qalan nazik ,yumşaq və solmuş gilələr bankaya və ya ağzı nisbətən enli olan şüşə qaba yığılır. Qabı gün altında və ya 20-25o c istiliyi olan otaqda ağzı bir qədər açıq vəziyyətdə 40-45 gün saxlayıb üzümü qıcqırtmaqla sirkə alınır . Sirkə turşusu qıcqırma zamanı alınan etil spirtinin havanın oksigeni ilə oksidləşməsindən əmələ gəlir. Sirkəyə bir iki ədəd mismar , azacıq quru cörək salındıqda sirkənin yetişməsi sürətlənir. Əlverişli şəraitdə sirkəni süzmədən uzun müddət saxlamaq mümkündür. Uzun müddət işlətmək , xörəyə tökmək və tərəvəzləri sirkəyə qoymaq üçün isə sirkəni süzüb bir burum qaynatmaq və kəfini almaq lazımdır.

28 may 2011
GO BACK