Qadin.NET / Dünyadakı qorxulu muzeylər

Dünyadakı qorxulu muzeylər

Yəqin ki, hər kəs muzeyə getməyi sevir. Bu günkü xəbərimdə sizlərə qorxulu muzeylər haqda danışacağam. Bu muzeylər həm qorxuncdur, həm də olduqca maraqlıdır.

1. Purqatori muzeyi

Dünyadakı qorxulu muzeylər

Katolik inancına görə insanların cənnətə getməzdən əvvəl günahlarından qurtulmaq üçün Ərafda yanmaları lazım idi. Romadakı Sacred Heart kilsəsində olan bu muzeydə yandıqdan sonra yenidən dirilən insanlara aid qəribə əşyalar vardır. Paltarların və çarpayıların üzərindəki yanıq izləri, barmaq və ya əl izləri görənləri heyrətləndirir. Əsasən də bir rahibə aid olduğu deyilən əl izi böyük maraq doğurur.

2. Mutter muzeyi

Bu muzeydə geniş skeletlər, kəllə skeletləri və anatomik bədənlər olduqca qorxuducudur. Bu muzeydə buynuzları olan bir qadının bal şanında heykəli, dünyanın ən uzun qalın bağırsağı, öldükdən sonra bədəni sabuna dönən əfsanəvi qadın Soap Ladynin bədəni, Gregor Clevlandın damağından alınan şiş, siam əkizləri Chang və Engin birləşik qaraciyərləri və Abraham Linkolnun qatili Jon Wilkes Boothun şişi kimi yuxularınıza girə biləcək qorxunc şeylər vardır.

3. Anatomiya muzeyi

Dünyadakı qorxulu muzeylər

Parisdəki bu muzey anatomiya haqqında mütəxəssis Honore Fragonard tərəfindən qurulmuşdur. 1794-cü ildə ölü cəsədləri toplayıb, dərilərini üzüb, nə olduğu hələ də bəlli olmayan bir maye içəsində saxlamışdır. Bu cəsədlər arasında uşaqlar, heyvanlar və edam edilən məhkumlar da vardır.

 4. Madam Tusse muzeyi

Dünyadakı qorxulu muzeylər

Bu muzey bal mumu heykəllərindən ibarətdir. Uşaqdan böyüyə hər kəsə maraqlı gələn bu muzeydə qorxunc heykəllər də vardır. Madam Tusse fransız qiyamı zamanı gilyotin ilə edam edilən insanların kəsik kəllələrini alıb, onların bal mumundan heykəllərini yaradarmış. Bu kəllə kolleksiyası ilə birlikdə Jack The Ripperin qurbanlarından birinin cəsədinə baxmaq üçün sağlam bir mədə lazımdır.

5. Lombrosps muzeyi

Dünyadakı qorxulu muzeylər

Kriminal antropologiya haqda mütəxəssis Sezar Lombrossun çalışmalarının mövcud olduğu bu muzeydə çox böyük bir kolleksiya vardır. Bu qorxulu muzeydə cinayətlərdə istifadə olunan silahlar, insan kəllələri, cəsəd parçaları vardır. Bu muzeydə həmçinin Lombrossonun özünün də kəlləsini tapa bilərsiniz.

6. London Dunqeon muzeyi

Dünyadakı qorxulu muzeylər

Bu məşhur muzeydə orta əsrlərdə istifadə olunan bir çox işgəncə alətləri vardır. Burada orduların istifadə etdiyi mexanizmlərdən tutmuş Elizabet Bathorinin qurbanlarını öldürmək ücün istifadə etdiyi avadanlıqlara qədər hər cürə tükürpədici alət tapa bilərsiniz.

 7. Nyu-Haven Ventriloquist muzeyi

Dünyadakı qorxulu muzeylər

Nyu-Havendəki bu muzeydə tamamilə kuklalar sərgilənir. Teatr şəklində qurulan bu muzeydə hər kresloda bir kukla oturub və siz də səhnədən onlara baxırsınız. Bu muzeyə ediləcək ziyarət otomatonofobiya xəstələrini xoşuna gəlməyəcəkdir.

8. Glore Psixiatrik muzeyi 

Dünyadakı qorxulu muzeylər

Keçmişdən günümüzə qədər tibbdə istifadə olunan müalicə avadanlıqlarının saxlandığı bu muzey ziyarət edənləri heyrətləndirir. Bu muzeydə lobotomiyadan tutmuş elektro şoka qədər bütün avadanlıqlar vardır. Xüsüsilə də keçmişdəki müalicə üsüllarını indiki ilə müqayisə etdikdə insanlara işgəncə aləti kimi gəlirlər.

9. Hause on the Rock muzeyi

Bu muzeyin içərisində bir simfoniya orkestri vardır. Hamısı zombi olan bu qırıq musiqi alətlərinin çalğıçıları tozlu və üfunətli şəkildə dayanıblar. Elə bu da insanda qorxunc hislər yaradır.
19 may 2015
GO BACK