Ağac olan kitab çıxarıldı! Argentinada nəşr olunan bu kitab oxunduqdan sonra əkilə bilinir və böyüyüb ağac olur .
Argentinada nəşr olunan "Mi Papa estuvo ən la Selva" (Atam meşədəydi) adlı uşaq kitabını oxuduqdan sonra əkə bilirsiniz və bir neçə həftə içində ağac olmasını izləyə bilərsiniz.
Əl ilə hazırlanılan bu kitab diqqətlə hər səhifəsinə tək-tək toxumlar yerləşdirilərək hazırlanmışdır. Əkiləbilən kitab layihəsi 8-12 yaş arası uşaqlara təbii qaynaqların əhəmiyyətini izah edə bilmək üçün hazırlanıb. Kitabın diqqət çəkmək istədiyi məsələ insanlar üzündən yox olan meşə əraziləridir. Greenpeace-in məlumatlarına görə insanlar üzündən hər 2 saniyədə bir futbol sahəsi böyüklüyündə meşə ərazisi yox olur.
Kitabları meydana gətirən kağızların da ağaclardan düzəldiyini düşünsək, bu layihə olduqca maraq çəkəcək. Oxuduğunuz kitabı təkrar təbiətə, ağac olması üçün əkə bilirik. Layihənin bir digər məqsədi kitabların da uşaqlarla birlikdə böyüməsini göstərməkdir.
Kitabın nəşrini Pequeno Editor Nəşriyyatı web saytındakı şərhdə əkilə bilən kitab layihəsini; "Oxuduğumuz hər şey zehnimizdəki kitabxananın bir hissəsidir. Buna görə oxumaq daxilimizdə kök salan və bizi dəyişdirən bir hərəkətdir. Bir kitabı əkmə işi, insanları ətraf mühit mövzusunda həssas olmağa, onları cəsarətləndirməyə çalışır" cümlələriylə açıqlayır.
Meşələrin yox olmasının səbəbləri bunlardır. İldırım, fırtına, yağış, sellər kimi təbii fəlakətlər, yanğınlar və insanların şüursuzca meşələrdən istifadə etməsi. Torpaq salmaq üçün insanlar tərəfindən meşələrin ləğv edilməsi.
Meşələr bitki, heyvan və digər mikroskopik canlıların uyğunlaşma içində yaşadığı bir sahədir. Ekosistemdəki yeri olduqca böyükdür. Əgər meşələr icazəsiz ağac kəsilməsi və yanğın kimi səbəblərlə yox olursa, bunun ətraf mühitə də təsiri olur. Meşədə yaşayan canlı növləri yox olur. Hava çirkliliyi artır və yağışlar azalır. Bu səbəblə meşələrimizi qorumalı və ağaclara sahib çıxmalıyıq.