Qadin.NET / Tənbəl heyvan necə bir heyvandır?

Tənbəl heyvan necə bir heyvandır?

Tənbəl heyvan dünyadakı ən yavaş məməlilər olaraq bilinir. Adını da bu xüsusiyyətlərindən alıblar. Miskin olaraq da bilinən tənbəl heyvan Orta və Cənubi Amerikadakı yağış meşələrində yaşayırlar. Toplam 6 növü olan bu heyvanların bəziləri iki barmaqlı, bəziləri isə üç barmaqlıdır. Sürətli olma qabiliyyətləri yoxdur, çox yavaş hərəkət edərlər. Aparılan araşdırmalarda dəqiqədə ən çox yarım metr yeridikləri müşahidə edilib.

Tənbəl heyvan orta böyüklükdə olan məməlilərdəndir. Qulaqları çox kiçikdır. Ayaq və əlləri cılız və uzundur. Burunları kiçik olmasına baxmayaraq gözləri böyükdür. Qısa və qalın bir quyruğa sahibdirlər.

Tənbəl heyvan necə bir heyvandır?

Çox ağır hərəkət edirlər. Günlərinin yarısından çoxunu yataraq keçirərlər. Sümük toxumalarının zəif olmasından çox tez yorulurlar. Bu səbəblə təhlükəli vəziyyətlərdə asanlıqla müdafiəsiz və çarəsiz qalırlar. Dırnaqları çox güclü və uzundur. Hücum anında dırnaqlarından istifadə edərlər.

Tənbəl heyvan həm bitki mənşəli, həm də heyvani qidalarla qidalanır. Ağacları çox sevərlər. Yarpaq, tumurcuq, böcək və kiçik canlıların ölülərini yeyərlər. Sürünənlərlə də qidalanırlar. Həzm sistemləri fərqli olduğu üçün yedikləri qidaların həzmi uzun olur və yemək növünə görə bu həzm 25 gündən çox çəkə bilir.

Tənbəl heyvan necə bir heyvandır?

Əsasən  ağaclarda tərs şəkildə asılı olaraq dururlar. Həyatlarının böyük bir qisimini bu şəkildə dayanaraq, ya da çox ağır şəkildə hərəkət edərək keçirərlər. Bu səbəblə tüklərinin istiqaməti digər məməlilərinkinə bənzəməyərək tərs istiqamətdə çıxmışdır. Tüklərinin tərs şəkildə çıxması bədən istiliyinin qorunmasında, küləkdə və yağış suyundan qorunmasında tənbəl heyvanlara köməkçi olur.

Tənbəl heyvan 6 aylıq hamiləlik müddəti sonunda doğurduğu balalarını ümumiyyətlə ağaclarda böyüdər. Doğuşdan sonra balalar 1,5 ay kimi bir müddət analarına sarılaraq yaşayarlar. Ən böyük rəqibləri qartallardır. Özlərini qartallara göstərməsələr, olduqca uzun yaşayarlar. Həyat müddətləri 40 ilə bərabər bu heyvanların yetişkinlerinin bədən uzunluğu 50 ilə 60 sm arasındadır.

4 iyul 2015
GO BACK