Qadin.NET / Kainatımızın forması-Qaranlıq maddə(2)

Kainatımızın forması-Qaranlıq maddə(2)

Kainatın hərəkətini daha yaxşı təsəvvür edə bilməyimiz üçün, yuxarı doğru atılan bir daş nümunəsiylə belə düşünə bilərik. Birinci vəziyyətdə havaya bir daş atsaq əgər daşın sürəti yerin qaçma sürətindən(1 ci kosmik sürət) çox deyilsə daş yerə düşər. Əgər daşın sürəti, dünyadan qaçma sürətindən(1 ci kosmik sürət) böyüksə o zaman daş (təcilli olaraq) artan bir sürətlə hərəkətinə davam edər. Bununla birlikdə daşın sürəti, dünyadan qaçma sürətinə bərabərsə daş əsla dünyaya geri dönməz. Kainatın davranış formasını da, kainat sıxlığıyla müqayisə da ifadə edə bilərik. Beləcə "Düz Kainatın" sıxlığı, kritik sıxlıqda olar. Bu sıxlığdan yüksək qiymətlərdə, qalaktikaların bir-birlərindən qaçma sürəti kafi olmadığından kainat yuxarida danişdiğimiz "kürə" yəni bağli modelə uyarkən, yox əgər kainat sıxlığı kritik sıxlığdan azdirsa, qalaktikalar bir-birlərindən artan bir sürətlə uzaqlaşacaq yəni hiperbolik kaiant modelini bizə verər.

Keçmişdə isə, Nyutona görə kainat sonsuz və statikdi.Çünk ona görə, kainat sonsuz və homogen olduğundan cisimlərin bir-birlərinə tətbiq gösterdiyi cazibə qüvvəsi səbəbindən, bir-birlərini tarazlaşdirmaqdaydi (bu isə bir çox paradoksa səbəb olmaqdadir). Hətta Einstein belə ilk zamanlarda öz qurduğu tənliklərin əksinə, kainatın "statik " olduğunu düşündü və daha sonra bunu həyatinin ən böyük səhvi olduğunu dilə gətirdi. Halbuki kainat, "De Sitter" tərəfindən aparılan hesablamalar nəticəsində yalnız boş kosmosda yəni, heç bir maddə və enerjinin olmadığı bir kainat üçün bu statiklik gerçək ola bilərdi ki, əgər maddə varsa mütləq kainat hərəkətli olmaq məcburiyyətində idi. Bu boş kosmosa eyni zamanda "Eynşteyn - De Sitter" kosmosu adı verilməkdədir. Ancaq Edwin Hubble tərəfindən edilən müşahidələrlə kainatın, eynilə şişən bir şar səthi kimi, o səth üzərində düşündüyümüz bütün qalaktikaların bir-birindən sürətlə uzaqlaşdığı yəni, kosmosun genişlənməsi isbat edilmişdir.Həmçinin kainatın genişlənməsi, kosmosun genişləməsi olduğundan, kainat "Planck ölçülərində" (big-bang in 10вЃ»вЃґ³ saniyə, 10вЃ»³³m də) olarkən maddə və enerjinin sıx halda olması, eyni zamanda bildiyimiz kosmosun özünün də o nöqtədə sıxlaşdığı mənasını verər (nəzəri olaraq Planck ölçüləri altinda da zaman-məkan var amma hesablamalara görə bura zaman-məkanin titrəşməsi nəticəsində həndəsəsi tamamilə pozulduğundan, fərqli deyişlə "Kvant Köpüyü" dediyimiz xaotik quruluşa çevrildiyinən bunu "Planck ölçüləriylə" sərhədləndirərək danışdım). Yəni qısacası, "big-bang" olmadan əvvəl, bildiyimiz kosmosun və zamanın özü də yox idi. Bunun bir dəlili də kainatdakı bütün kütlə və bunların hərəkət enerjilərinin toplami ilə cazibə qüvvəsinin meydana gətirdiyi enerjinin bir-birinə bərabər olmasıdır. Yəni, kainatın ümumi enerjisinin sabit olmasıdır.

 

Kainatımızın forması-Qaranlıq maddə(2)

 

Bununla birlikdə, geniş bir baxımdan kainata baxdığımızda kainat quruluşunun homogen olduğu ortaya çıxmışdır. Yəni kainatın hər yerində sıxlıq, bərabər olduğundan kainat olduqca düzgündür. Homogen olan kainatın içindəki hər bir cisim (qalaktika), aralarındakı uzaqlıqla doğru mütənasib olaraq genişləndiyindən kainatın hansı qalaktikasına baxılırsa baxılsın kainat, yenə eyni şəkildə görünür (buna İzotrop xüsusiyyəti də deyilir). Və yenə eyni zamanda kainatın hansı nöqtəsindən baxılırsa baxılsın müşahidəçiyə nisbətlə müşahidəçi, özünü kainatın mərkəzində görər. Qalaktikaların bir-birlərindən uzaqlaşma (dolayısıyla da kainatın genişləmə) sürəti isə (tam olaraq bilinemese də təxminən olaraq), 3,26 milyon işıq ili üçün saniyədə 55-70 km dir. 6,52 milyon işıq ili üçünsə bu, 110 - 140 km dir, ... və s.

İndi əsas mövzumuza gəlsək, bu gün aparilan çox dəqiq ölçmə kainatın artıq artan bir sürətlə genişlənməkdə olduğunu və "Düz" bir həndəsəyə sahib olduğunu göstərməkdədir. Yəni kainatımızdakı maddə, kritik sıxlığa çox yaxindir demək olarki eynidir. Bu səbəblə təcilli bir şəkildə sonsuza doğru genişlənir. Ancaq burada bir problem ortaya çıxmaqdadır. O da, yenə aparilan ətraflı müşahidələrlə kainatdakı ümumi maddə və enerji sıxlığının bu kritik sıxlığdan çox-çox az olmasinin görülməsidi. Yəni kainatımız sahib olduğu sürətə qarşı, bu ankı müşahidə edilən maddə və enerji miqdarına görə çoxdan parçalanıb dağılması lazım idi lakin daha çox maddəyə, daha doğrusu maddə və enerjiyə sahibmiş kimi davranmaqdadır. Bu da, bu anda görünən kainatda genişlənməsini təmin edəcək səviyyədə artıqdan bir maddənin, yəni görünməyən "qaranlıq maddə və Enerjinin" var olduğunu bizə göstərir.Yalnız bu deyil.Aparilan müxtəlif müşahidələrlə də məsələn, bir qalaktika toplusu içərisindəki qalaktikaların ümumi kütləsinin, onları bir yerdə tutan kütlə cazibə qüvvəsini yaradacaq səviyyədə olmadığı göstərilmişdir. Yəni, müşahidə edilən cazibə qüvvəsi, olması lazım olandan çox daha çoxdur. Bu isə qalaktikaların sahib olduqları sürəti hesablanaraq müəyyən edilmişdir. Bunu bir az daha da aydin desəm, kütlə cazibə qüvvəsi, obyektlər arası məsafənin kvadratı ilə tərs, kütlələrin böyüklüyü ilə doğru mütənasibdir.Həmçinin yenə bir riyazi bərabərliyə görə, fırlanma sürəti ilə cazibə qüvvəsi yəni kütlələr arasında da bir əlaqə vardır. Bu səbəblə, cazibə nə qədər yüksəksə, bir cisimin digər bir cisim ətrafındakı və ya iki cismin müəyyən bir mərkəzi nöqtə ətrafındakı dönmə sürətləri də o qədər çox olar. Bu səbəbdən qalaktika çoxluqları üzərində aparilan araşdırmalar, qalaktikaların bir mərkəz ətrafındakı orbit sürətlərinin, olması lazım olandan çox daha yüksək olduqlarını göstərmişdir.

Həmçinin bənzər bir vəziyyət qalaktikaların öz içlərində də müşahidə edilmişdir. Məsələn sarmal qalaktikalar baxıldığında parlayan ulduz miqdarının, qalaktika mərkəzinə yaxın yerlərdə daha sıx, qalaktika mərkəzinin uzaklarında isə, daha az sıx olmaqdadır. Fırlanma sürətinin, cisimlərin sahib olduğu kütlə ilə doğru mütənasib olaraq artması səbəbindən, qalaktika mərkəzinə yaxın bölgələrin fırlanma sürətinin yüksək, mərkəzdən uzaq yerlərin isə, daha yavaş olması lazımdır. Halbuki vəziyyət belə olmayıb qalaktikanın fırlanma sürətinin, qalaktikanın hər yerində eyni olduğu, bu səbəbdən mərkəzdən uzaqlaşdıqca ulduzların olması lazım olandan çox daha sürətli olduqları görülməkdədir. Belə ki, xarici hissəsinə yaxın ulduzlar az qala qalaktikadan ayrılacaq səviyyədə yüksək sürətdə dönməkdədirlər.Bununla birlikdə, mərkəzə yaxın ulduzların da olması lazım olandan çox daha sürətli dönməkdə olduqları, bunların da çoxdan qalaktika xaricinə çıxmaları, fırlamaları lazım idi. Yəni, bunların da görünən kütlələri bu sürətlərdə hərəkət etmələri üçün kifayət deyil. Bu səbəbdən aparilan hesablamalar və müşahidələr nəticəsində qalaktikalarda, "Qaranlıq maddənin" varlığı həmçinin yenə bütün qalaktikalardan hər birinin "qaranlıq maddə" tərəfindən büründüyü ortaya çixmaqdadir. Yəni qalaktikaların ətrafında, o qalaktikaların dağılmasına maneə törədəcək və bərabər sürətlərdə çevirəcək miqdarda "qaranlıq maddə" var (hər bir qalaktikanın dönmə sürətləri də bir-birindən fərqlidir). Nəticə olaraq kainatda bilinən-görünən maddə və enerji, var olanın ancaq 4%-ni təşkil edərkən, 96%-i da görünməyən amma təsirləri ölçülən qaranlıq maddə və enerjidən meydana gəlməkdədir.Geriyə qalan 96%-lıq hissəsinin də 73 % nı "Qaranlıq enerji", 23% ' nı isə "Qaranlıq maddə" təşkil edir.Bir şeyi də deyimki "qaranlıq maddə" ifadəsindəki "maddə" sözü də bildiyimiz mənada maddə deyil. Daha çox kütləsi olan enerji hissəciyi olaraq düşünülməkdədir.

Ardı var...

Namiq Süleymanov

17 iyun 2015
GO BACK