Qadin.NET / Tək ayaqlı güllə əsgər

Tək ayaqlı güllə əsgər

Tək Ayaqlı Güllə Əsgər

"Ah! Nə gözəl güllə əsgərlərdir" deyə zümzümə etdi kiçik uşaq. Ad günündə özünə verilən hədiyyələri gözdən keçirirdi. Ən çox güllə əsgərləri bəyənmişdi. Onları, qutularından çıxararaq, stolun üzərinə bir-bir sıra ilə düzdü. Düzgün tüfəngləri və qırmızı papaqları ilə hamısı də çox gözəl dayanırdı.

Lakin güllə əsgərlər arasında bir dənəsi yoldaşlarına bənzəmirdi. Uşaq, bu əsgəri əlinə aldı və o biri güllə əsgərlərin sırasından ayırdı.

 

Çünki, bu güllə əsgərin tək ayağı vardı. O biri ayağı hər halda usta tərəfindən edilərkən unudulmuşdu. Uşağın, başqa oyuncaqları da vardı. Kartondan hazırlanmış bir saray ağaclarla dolu bağçası və içində qu quşlarını üzdüyü gölü ilə gözəl bir görünüş yaradırdı. Gölün yanında da rəqs edən bir qız dayanmışdı. Rəqs edən qız ayaqlarından birini havaya qaldırmışdı.

Tək ayaqlı əsgər olduğu yerdən rəqs edən qızı gördü:"Bax, Mənim kimi tək ayaqlı biri daha" deyə düşündü. Nə gözəl! Mənim sevgilim ola bilər.
Tək ayaqlı əsgər bu gözəl qızı daha yaxşı görə bilmək üçün, bir şəkər qutusunun arxasına gizləndi. Heyranlıqla qızı seyr edərkən şəkər qutusunun qapağı birdən açıldı.
İçindən quru oyuncaq çıxdı. Bu oyuncaq şeytana bənzəyirdi. Gözlərini qırpmadan rəqs edən qıza baxırdı.
Ertəsi gün uşaq tezdən qalxdı. Oyuncaqlarıyla oynamağa davam etdi. Tək ayaqlı əsgərlə oynayarkən onu pəncərədən bağçaya saldı. Qaça-qaça bağçaya çıxdı. Tək ayaqlı əsgəri hər yerdə axtardı. Lakin heç cür tapa bilmədi. Ağlayaraq içəriyə girdi.
Tək ayaqlı əsgəri o vaxt küçədən keçən iki uşaq görmüşdü. Bunlar tək ayaqlı əsgəri götürərək oradan uzaqlaşmışdılar. Bir müddət onunla oynadılar. Sonra kağızdan bir qayıq edərək tək ayaqlı əsgəri qayığın içinə yerləşdirdilər. Qayığı gölə buraxdılar.
Tək ayaqlı əsgər kağızdan olan qayığın içində çayın axıntısına qapılaraq gözdən itdi. Bir müddət sonra da tək ayaqlı əsgəri kağızdan qayıqla birlikdə böyük bir balıq udur.
Yazıq tək ayaqlı əsgər balığın mədəsində başına gələn bu fəlakətin keçməsini səbrlə gözlədi.
Günün birində balığın çırpındığını eşitdi. Balığı bir balıqçı tutmuş və qadına satmışdı. Qadın balığı götürüb mətbəxə apardı. Balığın qarnını açınca tək ayaqlı əsgər gün işığına qovuşmuşdu. Balığın qarnından çıxan tək ayaqlı əsgəri görən qadın:"A-a-a! Tək ayaqlı bir güllə əsgər" deyə zümzümə etdi.
Raslantıya baxın ki, bu qadın tək ayaqlı əsgərin sahibi olan uşağın anası idi. Tək ayaqlı əsgəri uşağının otağına apardı. Masanın üzərinə qoydu.
Tək ayaqlı əsgər olduğu yeri tanıdı. Ətrafına baxdı. Rəqs edən gözəl qızın hələ yerində dayandığını görərək sevindi. Gənc qız da onu görmüşdü və sevindiyini hiss etdirmişdi.
Bu vaxt uşaq otağa girdi. Tək ayaqlı əsgəri stolun üzərində gördü. Dərhal götürərək ocaqda yanmaqda olan atəşə atdı.
Yazıq güllə əsgər atəşdə tamamilə əriyənədək gözlərini gözəl qızdan ayırmadı. Lakin tam bu vaxt gözlənilməz bir şey oldu. Qapı və pəncərənin açıq olmasından, otaqda hava axını oldu. Bu hava axına qapılan gənc qız ocaqda yanmaqda olan tək ayaqlı əsgərin yanına qədər uçdu. Hər ikisi də birlikdə yandılar kül oldular.
Tək ayaqlı güllə əsgər
Ertəsi səhər evin xanımı, ocağın küllərini təmizləyərkən tamamilə sönmüş küllərin arasında yanmağa davam edən və günəş kimi parıldayan güllədən bir ürək tapdı.
6 iyun 2015
GO BACK