Əziz xanımlar, bu gün sizlərə əl əməyi, göz nuru ilə hazırlanmış olan şirniyyat gəlincikləri təqdim edirəm. Əminəm ki, hamınız bəyənib yaxınlarınızın toy, nişan məclislərinə hətta qız balalarınızın ad günlərinə bu şirniyyat gəlinciklərdən düzəltmək istəyəcəksiniz.
Ağ gəlincik əlində ağ şirniyyat dəstəsi.
Çəhrayı və ağ rəngin qatışığından hazırlanmış şirniyyat gəlincik.
Çox gözəldir.
Sarı, mavi rəngdən istifadə olunmuş gəlincik çox gözəl görsənir.
Yaşıl, sarı və çəhrayı rəngdən istifadə edilmiş bir gəlincik.
Bu hədiyyəni kim bəyənməz ki?
Mən bunları çox bəyəndim, inşəallah yaxınlarımın ad günlərində, toy, nişan mərasimlərində belə gəlinciklər hazırladıb aparacam.