Qadin.NET / Kişilər evləndikdə niyə kökəlir?

Kişilər evləndikdə niyə kökəlir?


   Dərhal qadınlarda görməyin günahı))). Kilo probleminizin onlarla bir əlaqəsi yoxdu. Beynəlxalq Obezitə Birliyinin etdiyi araşdırmaya görə; yeni evli cütlüklər evliliklərinin ilk iki ilində kilo alma riskiylə üz-üzədirlər.. Bunun səbəbi isə nizamlı həyat, xoşbəxtlik, yeni evlilərə  gələn qonaqlar və onların şərəfinə verilən yeməklər...

  Qadınlar da, kişilər də evlənmədən əvvəl yediklərinə və içdiklərinə diqqət yetirir. Lakin evləndikdən sonra tez-tez verilən yeməkli dəvətlər, gecə yeməkləri artır.Bir də; "Mən evliyəm, xoşbəxtəm, dincəm..." psixologiyasının gətirdiyi rahatlıq daha çox yemək yedirir insana.

  Amma bu xoşbəxtlik o qədər də uzun sürməyə bilər... Çünki mütəxəssislər,cütlüklərin kilo aldıqca qısqanclıqlarının da artdığını düşünür. Çünki,kökəlincə  özünə olan etibarı azaldığından həyat yoldaşını daha çox qısqanmağa başlayır.Əgər yeni evlisinizsə və sürətlə kilo almağa davam edirsinizsə diqqətli olun. Qısqanclıq və davalar  çox yaxında ola bilər...

  P.S:Evlənmədən əvvəlki kilonuzla,evlilikdən sonrakı kilonuz arasında nə qədər fərq var?(həm sizin,həm də həyat yoldaşınızın).

21 aprel 2011
GO BACK