Mənim dünyam....deyiləndə böyük ehhh- lər çəkilən dünyam..bir simdən düzəldilmiş arabam, bir də topum vardı.. Xəyallarımı qurduğum duyğular vardı rəngli və sevgi dolu..
Amma saflıqla yoğrulmuş min bir xəyal və duyğularımda bir dünyam vardı..
Sevgi dolu...
Xoşbəxt...
Və yalansız...
Böyümək istəyirdim, amma xəyallarını qurduğum cürbəcür rənglərlə bəzədiyim dünyama qara rənglərin qatişacağından xəbərsiz idim....
İki üzlülükdən...
Yaltaqlıqdan...
Xəyanətdən...
Xəbərsiz idim....
İki üzlü yaltaq insanların şəkillərdə gördüyüm vəhşilərdən daha təhlükəli olduğundan xəbərsiz idim.. Saflıqla yoğrulmuş dünyamı sarmaşıq kimi saracaq olan arzusunda olmadığım, amma yaşanacaq olan şeylərdən xəbərsiz idim... Hər ad günündə daha çox sevinirdim böyüyürəm deyib, amma vaxt gələcək o ,uşaqlıq illərini axtaracağımdan xəbərsiz idim... Böyüdükcə o saf dünyamda qopacaq fırtınalardan qarşılaşacağım iki üzlü riyakar,xəyanətkar insanlardan xəbərsiz idim... Heç nə olduğunu bilmədiyim XƏYANƏT.. artıq oda vardı dünyamda.... Xəyallarımda cürbəcür rənglərlə bəzədiyim dünyanı yavaş-yavaş qara cizgilər əvəz edirdi.Saf dünyama qaranlıq çökmüş və artıq böyümüşdüm. Uşaqlıqda arzusunda olduğum dünya isə tamamilə dəyişmişdi.
Sevgi adiləşmiş
İnsanlar vəhşiləşmiş
Xəyanət populyarlaşmışdı....
O vaxtlar sadəcə saqqız almaq üçün lazım olduğunu bildiyim PUL bu gun qarşıma SEVGİNİ alacaq,insanları kölə edəcək gücdə çıxmışdı. Artıq rəngli dünyam yox idi.. kağizin insana hökm edəcəyi bir dünyada idim..İnsanların namusunu, qeyrətini, vicdanını kağıza satdığı bir dünyada idim.. Geri dönmək, uşaqlıqdakı saf dünyama qayıtmaq istədim, amma, sadəcə istək olaraq qaldı, çünki zaman axıb gedir, ona hökm etmək isə mümkün deyil..
Lənətə gəlmiş dünyanı Onsuzda bir gün tərk edəcəyəm.. Gedəcəyəm özünə inamı qalmamış həyatdan.. Gedəcəyəm... Hər şey dəyişdi, amma tək bir şey var ki, heç dəyişmədi, yaş ötdükcə daha da alovlanan, daha da qəzəblənən, heç dəyişməyəcək olan, həmişə mənimlə olan, öldüyümdə belə ruhumda qalacaq olan SEVGİM.....