Göy balina
Heyvanlar aləminin ən nəhəngi göy balinadır. Onun uzunlugu 33 m, kütləsi isə 190 t çatır. Başqa sözlə desək, 25 fil, 150 öküz ağırlığındadır, onun təkcə dili 10 ton, ürəyi 600-700 kq-dır. Bağırsaqlarının uzunluğu 4 km-dən çoxdur. Saatda 30-40 km sürətlə üzür. Bir balinadan 50 tonadək yağ alınır. 1700 at gücünə malikdir. Bu da bir parovozun gücü qədərdir. Gündə 2-4 ton qida yeyir.
Körpə balina hər gün öz çəkisini 80-100 kq artırır. Yeni doğulmuş balinanın çəkisi iri filin çəkisindən çox, yəni 5 tona yaxın olur. Göy balina ən kiçik su heyvanları ilə, xüsusən kiçik dəniz xərçəngləri ilə qidalanır. Balinanın üst çənəsindən külli miqdarda bığlar sallanır. Ağzını su ilə doldurduqdan sonra suyu bığları arasından süzür və ağzında qalan xərçəngləri udur. Kaşalot adlanan balina növü də dişli balinalara aiddir. Bu balinanın uzunluğu 15-20 m, kütləsi isə orta hesabla 40-50 t çatır. Molyoskaları tapıb yemək üçün 1 km-ə qədər suyun dərinliyinə cumur və tənəffüs üçün üzə çıxmadan bir saatdan çox suyun altında qala bilir.
Bəbir
Pişiklər fəsiləsi -. 36 növ orta və iri boylu mə-məli heyvanları əhatə edir.
Bəbir - Panthera pardus. Kilimancaro meşəliklərinin ən iri pişiyidir. Adətən tənha gəzib-dolaşırlar. Vizual müşahidə aparmaq olduqca çətindir, lakin yaşadıqları ərazini başqa bəbirlərdən və digər yırtıcılardan müdafiə məqsədilə cığır kənarlarında, ağac gövdələrində, kol və budaqlarda öz işarətlərini qoyurlar. Bəzən nərilti və hıçqırıqlarını eşitmək olur.
Bədəninin rəngi bozumtul-ağ, açıq qonur-sarı olur, qarın hissəsi ağ rəngə çalır. Bütün bədəni qaydasız düzülmüş, müxtəlif ölçüdə ( hər fərdin özünə məxsus) qara xallarla örtülüdür. Quyryğu bir metrə çatır. Burada yaşayan bəbirlərin kütləsi müxtəlifdir. Cənub bəbiri 20-30 kq-a qədər, şimalda-kılar isə 60 kq-dan çox olur. Erkəklər dişilərdən böyükdür. Gecə görmə qabiliyyətləri olduqca güclüdür. Həm gecə,həm də gündüz ov edir və sair fəaliyyətdə olur. Gündüzlər isti havalarda enerjiyə qənaət edərək uzanıb yatır. Həşaratla, sürünənlərlə, quşlarla, antiloplarla, donuzlarla və başqa xırda və iri məməlilərlə yemlənir. Ərazidə şir və ya kaftar varsa, tutduğu böyiik şikarını hündür ağacların başına qaldırır. Ana bəbir kütləsi 500 qram olan 2, yaxud 3 bala dünyaya gətirir və iki ildən artıq onların qayğılarını çəkir.
Hüseyn Bağırov
Qara Mustafayev
Azərçin Muradov