Qadin.NET / Yarma

Yarma

   Dənli və paxlalı bitkilərin , qarabaşağın emalı nəticəsində alınan ərzaq məhsulu. Yarma kənar qarışıqlardan orqanizm tərəfindən mənimsənilməyən və pis mənimsənilən hissələrdən , çiçək qişasından ,meyvə qlafından , aleyron təbəqəsindən ,və rüşeymdən azad edilmiş xırdalanmış , əzilmiş dəndən ibarətdir . Yarma hazırlanarkən dənli bitkilərin dənlərinin Yalnız quruluşu dağıdılır xırdalanır , yarılır (yarma sözüdə buradandır).

 

 

  Yarmadan müxtəlif xörəklər (yarma aşı ,Şorba və s) hazırlanır.Yarma yüksək qidalılıq dəyərinə malik olan , orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuludur . Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəz edilməz yeyinti məhsulu hesab edilir.Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar , bitki zülalları , müxtəlif vitaminlər və mineral maddələr (kalium ,kalsium , dəmir , fosfor ,maqnezium)vardır. Yarmalardan kulinariyada , uşaq və pəhriz qida məhsulları , həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur . Yarmalar növlərə (məs:buğda ,arpa,qarğıdalı ,Qarabaşaq və s) ,tiplərə (məs:düyü , Darı )və s ayrılırlar. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (formasına ,ölçüsünə ,rənginə ),toxumlarının quruluşuna ,nişasta dənlərinin formasınna və ölçüsünə , biokimyəvi xassəsinə ,tərkibində olan zülalların karbohidratların (xüsusilə nişastanın ) yağların ,mineral maddələrin ,vitaminlərin miqdarına görə fərqlənir.

 

 

18 aprel 2011
GO BACK