Qadin.NET / Firuzə daşı

Firuzə daşı

 

Firuzənin mədəni- Xorasan yaxınlığında yerləşir. Firuzə İraq vilayəti yaxınlığında, Əfqanıstan və İranda da tapılır.

Firuzənin növləri- Firuzənin 7 növü var. Cilalanmış və hamarlanmış firuzə  daha yaxşıdır. 

Firuzənin qiyməti- Çəkisi yarım  misqal olan sulu firuzə 7 dinara və ən çoxu 10 dinara  alınır və satılır. Bir misqalın qiyməti  20 dinardan 30 dinara  qədərdir. 

Firuzənin xüsusiyyəti və mənfəəti- Firuzəyə baxdıqda göz işıqlanır. Bəziləri firuzəni yaxşı bir əlamət kimi yozurlar. Deyilənlərə görə firuzəni gəzdirən  şəxs düşmənə  qalib gələr.  Qədimdə Padşahlar onu bəyənib əziz tutardılar. Padşahların adəti belə idi; Günəş  həməl bürcünə  girdikdə  (yeni il başlandıqda)  məclisə gətirilmiş  cəvahirlərə  baxardılar.  Yaxşı fal üçün  yaqut, zümrüd, mirvari və firuzəni şərbət  qədəhlərinə  doldurar və firuzəyə daha çox  maraq göstərərdilər .

26 aprel 2011
GO BACK