Qadin.NET / İnsanın dahiliyini təyin edən xüsusiyyətlər

İnsanın dahiliyini təyin edən xüsusiyyətlər

İnsanın dahiliyini təyin edən xüsusiyyətlər

İnsanlar intellekti və dahiliyi fərqli şəkildə təyin edirlər. Adətən intellektin səviyyəsini İQ testi vasitəsi ilə ölçürlər. 

Lakin həmçinin digər nəzəriyyəyə görə bir insanın müxtəlif növ intellekti ola bilər. Məsələn, musiqi, vizual məkan, kinetik növ intellektlər. Bu növ intellektləri test vasitəsi ilə müəyyən etmək olar. Bundan savayı, nəzərə almaq lazımdır ki, həyat təcrübəsi qazanaraq insan daha da müdrikləşir.

Bir çox insanlar üçün dahilik şəxsiyyətin özünə məxsus xüsusiyyətləri deməkdir. Bu xüsusiyyətlərə əsasən insanlar pis şeylərdə yaxşılığı, adi şeylərdə isə gözəllik görürlər. 

Kimsə deyə bilər ki, dahlik insana sakitliyi, soyuqqanlığı saxlamağı və çıxılmaz vəziyyətlərdə doğru qərarlar qəbul etməyə kömək edir.

Biz sizə bu məqalədə xüsusiyyət təqdim edəcəyik. Bu xüsusiyyətlərə əsasən bizim hər birimizdə dahiliyin əlamətlərini tapmaq olar.

1. Bir neçə potensial imkanların mövcud olması

Bu o deməkdir ki, insana bir sıra bacarıqlar məxsusdur. Bu bacarıqların hər biri insanın karyera qurmasına səbəb ola bilir. Məsələn, məktəbdə siz riyaziyyatda, rəsmdə və humanitar elmlərdə bacarıqlı idiniz və üstəlik yaxşı idmançı idiniz. Beləliklə, siz öz dahiliyinizi tam şəkildə reallaşdırmaq üçün özünüz gələcəkdə hansı yolla gedəcəyinizi və hansı sahədə inkişaf edəcəyinizi seçə bilərsiniz.

İnsanın dahiliyini təyin edən xüsusiyyətlər

2. Yüksək həssaslıq

Siz xarici aləmdən əldə etdiyiniz məlumatları daha dərin şəkildə təhlil edə bilərsiniz. Siz detallara – səs tonuna, üz ifadəsinə və hətta əhəmiyyətsiz ziddiyətlərə belə diqqət yetirirsiniz. Siz çox həssassınız və yaxşı intuisiyaya maliksiniz və hətta digər insanların əhəmiyyət vermədiyi şeylərə belə diqqət yetirirsiniz. Lakin bu növ bacarıqların mənfi tərəfi də var: insanlar sizi həddindən artıq emosional hesab edirlər. Digər insanlar başa düşmürlər ki, bu xüsusiyyətlər özünü təhlil və özünü müdafiəyə nail olmağa kömək edirlər.

3. Hədsiz dərəcədə hər şey ilə maraqlanmaq

Siz hər şey haqqında hər şeyi bilməyə ehtiyac duyursunuz. Siz biliklər əldə etməyə can atırsınız, müxtəlif növ fəaliyyətlərlə maraqlanırsınız. Sizin maraq obyektiniz daim dəyişir, siz kitablarda sizi maraqlandıran suallara cavab axtarırsınız və s. Təbii ki, bu yaxşı bir xüsusiyyətdir. Lakin əgər siz maraqlandığınız suallara cavab tapmasanız, məyus olacaqsınız.

İnsanın dahiliyini təyin edən xüsusiyyətlər

4. Perfeksionizm 

Siz hər zaman özünüzə və ətrafdakılarınıza yüksək tələblər qoyursunuz. Məhz elə bu dahilik deməkdir. Sizi nə isə narahat etdikdə siz ətraflı və tənqidi şəkildə hər bir detala fikir verəcəksiniz. Sİz heç cür yarıda qalmış iş və yaxud yaxşı nəticəsi olmayan iş ilə razılaşa bilməzsiniz. Lakin perfeksionizmin də mənfi cəhətləri var. Perfeksionist insan hər hansısa bir fəaliyyətdən ya mükəmməl nəticələr alır, ya da heç bir iş görmür.

Aynur Alimuradbəyli

16 mart 2015
GO BACK