Qadin.NET / Həyatımın bir anından dosta məktub

Həyatımın bir anından dosta məktub

 

Həyatımın bir anından....dosta məktub

 

 Salam dostum.

Əlimə qələmi alanda kaş ki dedim......sənə gözəl günlərimdən, xoş xatirələrimdən yazaydım.Bəlkə səni incidəcəm, bəlkə əzablarımı sənədə yaşadacam amma tək dostum sən olduğun üçün sətirləri sadəcə sənlə bölüşə bilərəm.Cox carəsizəm......

Bu kiçik dünyada o qədər dərdim var ki, ovuclarım boyda olan ürəyimə necə sığdırmışam bilmirəm.Ayaqdayam amma  inan çox yorulmuşam.Ruhum yorulub......Hər addımı sürünərək atıram.Ümüdüm var.....Zamanla onu da itirirəm lap kiçilir.Qaranlıqda uzaqdan yanan şam kimi. Xəyallarımsa o şamın əriməsinə bənzəyir.Bir anlıq parıldayırsa, bir andaca yox olur.

 Eh dostum həyat elə qəribədir...Bu qəribəliklər içində çətin də olsa, yaşamağa məcburam.Çünkü ümüd  tam ölməyib.Ümüd bitdiyi zaman həyatda bitir.

 

2 aprel 2011
GO BACK