Qadin.NET / Qəbilə aforizmləri

Qəbilə aforizmləri

Ağlamaqdan qorxma, beyindəki iztirab verən düşüncələr ağlamaqla təmizlənir.

Bir düşmən çox, yüz dost azdır.

Ulu Tanrı, düşmənimi güclü və cəsur et ki, onu məğlub edərkən utanmayım. 

Sənin vicdanını səndən başqası təmsil edə bilməz. 

Səhvi görən və qarşısını almaq üçün əl uzatmayan insan ən az onun qədər günahkardır. 

Arxamca gəlmə, mən öncül olmaya bilərəm. Qarşımda da getmə, arxandan gəlməyə bilərəm. Yanımca get, beləcə bərabər olarıq. 

Su kimi olmalıyıq, hər şeydən aşağıda, amma qayadan da qüvvətli.

Qəbilə aforizmləri

 

İnsanlar təbiətdən uzaqlaşdıqca qəlbləri qatılaşır. İnsanın gözləri elə kəlimələr danışır ki, dil onları tələffüz edə bilməz.

İnsanlar dəri rənginə görə fərqlənmirlər. Yaxşı yaxşıdır, pis də pisdir. Allah bizləri qardaş olaraq yaratmışdır.

Son göl quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ dərili insan pulun yeyilməyən bir şey olduğunu anlayacaq.

Verdikləri sözün yalnız birini tutdular; "Torpaqlarınızı alacağıq" dedilər və aldılar.

Qonşun haqqında hökm verməzdən əvvəl 2 ay onun ayaqqabıları ilə gəz.

Bir dəfə "al bunu" demək, iki dəfə "mən verəcəyəm" deməkdən yaxşıdır.

 

Yer üzünü qoruyun, o atalarınızın malı deyil, onu övladlarınızdan borc almısınız.
12 aprel 2011
GO BACK