Qadin.NET / Aforizmlər

Aforizmlər

 

 

 

İnsan, üzü qızaran və üz qızardan işlər edən tək heyvandır. [Mark Twain]

* * * *

Ürəyin özünə xas səbəbləri vardır ki, ağıl heç bir zaman anlaya bilməz. [Blaise Pascal]

* * * *

Eşqbazlıq edərkən ürəyimiz o qədər yüksək səslə atar ki,ağılımızın səsini eşidə bilmərik. [Bern Williams]

* * * * 

Dünyada insana kömək edən şey təsadüf deyil, əzm və stabillikdir. [Samuel Smiles]

* * * *

Hirsliykən danış; görəcəksən, həyatında etdiyinə peşman olduğun ən yaxşı danışma olacaq. [Laurence J. Peter]

* * * *

Uduzduqda ümidsizliyə qapılma, hər müvəffəqiyyətsizlikdə bir zəfər istəyi yatar. [Germain Martin]

* * * *

Bir işi etdirmənin üç yolu vardır: Ya özün edərsən ya pul verib etdirərsən ya da uşaqlarının etməsini qadağan edərsən. [Monta Crane]

* * * *

Vicdan: Başqalarının sizə söyləyəcəklərini əvvəldən sizə pıçıldayan duyğudur. [J.H.Temple]

* * * *

Həyatımızdakı kölgələrin çoxu öz günəşimizin qarşısında dayanmağmızdan meydana gələr. [Ralph Waldo Emerson]

* * * *

Bütün dahiliklərimi, bütün əsərlərimi, axşam yeməyinə gec, ya da erkən gəlməmlə candan maraqlanan bir qadın uğruna fəda etməyə razıyam. [Turgenyev]  

* * * *

Risksiz fəth, zəfərsiz qalibiyyətdir. [Pierre Corneille]

* * * *

Edə bilməyəcəyin şeylərin edə biləcəklərinə maneə törətməsinə icazə vermə. [John Wooden]

* * * *

Yoldaş: Insanın edəcək heç bir şeyi olmadan, danışacaq heç bir söz tapa bilmədən, səssizcə birlikdə ola bildiyi adamdır. [Sheryl Condie]

* * * *

Uşaqlıq saflığnı itirməyən adama böyük adam deyilir. [Mencius]

* * * *

Yolu sevgidən keçən hər kəslə, bir gün bir yerdə görüşərik... Tənqiddən qaçınmaq istəyirsənsə, heç bir şey etmə, heç bir şey ifadəyə, heç bir şey olma... [Edward Hubbard]

* * * *

Gedən bir axmaq, oturan iki ağıllıdan daha çox yol alar. [Çin atalar sözü]

* * * *

İlk həyat yoldaşını Allah, ikinci həyat yoldaşını insanlar, üçüncüsünü isə şeytan göndərər. [Yapon atalar sözü]

19 aprel 2011
GO BACK