Qadin.NET / Bahalı rəsm əsərləri

Bahalı rəsm əsərləri

Bu dəfə sizlərə hərraca qoyulmuş 10 ən baha rəsm əsərlərini nümayiş etdirirəm. Əvvəlcədən qeyd edim ki, dünya rəsm əsərlərinin şedevri adlanan Mona Liza-nın hərraca qoyulmasına icazə yoxdur. Luvr muzeyində qorunan bu əsər Ginnesin Rekordlar kitabına "Ən baha sığortalanmış əsər" kimi daxil olub.

Villem de Kuninq- Qadın. 1953-cü ildə çəkilmiş bu əsər 2006cı ildə 137.5 mln dollara satılmışdır.

Bahalı rəsm əsərləri

Qustav Klimt- Adel Blox Bauerin portreti. 1907-ci ildə çəkilmiş bu əsər 2006-cı ildə 135 mln dollara satılmışdır.
Bahalı rəsm əsərləri

Pablo Pikasso- Qəlyanlı oğlan. 1905-ci ildə çəkilmiş bu əsər 2004-cü ildə 104.1mln dollara satılmışdır.
Bahalı rəsm əsərləri

Pablo Pikasso- Dora Maar pişiyi ilə. 1941-ci ildə çəkilmiş bu əsər 2006-cı ildə 92 mln dollara satılmışdır.
Bahalı rəsm əsərləri

Vinsent van Qoq- Doktor Qaşşenin portreti. 1890-cı ilə aid olan bu eser 100 il sonra 82mln dollara satılmışdır.
Bahalı rəsm əsərləri

Pyer Renuar- Mülen de la Qalettdəki bal. Rəssamın 1876-cı ildə çəkdiyi bu rəsm əsəri 1990-cı ildə 78.1 mln dollar satılmışdır.
Bahalı rəsm əsərləri

Piter Paul Rubens- Körpələrin döyülməsi. 1601-1603 cü illər ərzində çəkilmiş bu əsər 2002-ci ildə 76.8 mln dollara satılmışdır.
Bahalı rəsm əsərləri

Pol Sezan- Natürmort. 1893-94 cü illərdə çəkilən əsər 1999 cu ildə 60.2 mln dollara satılmışdır.
Bahalı rəsm əsərləri

Kazimir Maleviç- Suprematik kompazisiya. 1916-cı ildə çəkilən əsər 2008 ci ildə 60 mln dollara satılıb.
Bahalı rəsm əsərləri

Vinsent van Qoq- Sünbül tarlası. Rəssamın 1916 ci ildə çəkdiyi əsər 1993 cü ildə 57 ml  dollara öz sahibini tapmışdır.
Bahalı rəsm əsərləri

Əziz xanımlar, siz hansı rəssamın əsərini əldə etmək istərdiniz və bunun üçün nə qədər pulunuzdan keçərdiniz?

5 aprel 2011
GO BACK