Qadin.NET / Göz yaşı

Göz yaşı

Göz yaşı
Başımıza gələn müsibətlərin həqiqəti görən gözü və danışan bir dili olsa da danışsa
bizə nələr deyər, nələr?

Allahın nə qədər mərhəmət və şəfqət sahibi olduğunu, bu müsibətin Allahın rəhmətinin və lütfinin lazımi bizə təsis edildiyini, bizim nə cür günahlarımızı silib məhv etdiyini, bizi nə qədər əffə və mərifətə təzahür etdiyini, bizə nə qədər vilayət və kamal qazandırmağa namizəd olduğunu...

Bütün bunları bizim tək səbirlə əldə edə biləcəyimizi, bizə anlatsa.... 

Əslində dili var müsibətin O əzablarının qatları içində, ağrılarının arasında, kədərlərinin pərdələri xaricində, bəyənmədiyimiz çətinliklərin təntənələri arxasında nə təzahürlər gizli bir bilsək. Bir bilsək, heç ağlayardıqmı? Heç göz yaşı tökərdikmi? Heç kədərlənərdikmi?

Demək, göz yaşı tökmək lazımdır. Ta ki hər bir damcısı günahlarımızı kəffarə olsun, cəhənnəmə qarşı bizə qalxan olsun!

Quranda göz yaşı haqqında bele buyrulub: Onlar üzüstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.(İsra 109)

Göz yaşı

Peyğəmbərimiz (s.ə.s) buyurur ki:

"Gözlərindən Allah qorxusundan milçək başı qədər yaş çıxan heç bir qul yoxdur ki, o yaşlar üzünə axsın da, üzü əbədi oddan qorunmasın"!(Ramuzel-Ehadis)

"Bir göz yaşar, Allah o gözü daşıyan bədəni oda haram kılar ".( Ramuz el E-hadis)

"Sağılan süd, təkrar məməyə girmədiyi kimi, Allah qorxusundan ağlayan da oda girməz ".(Tirmizi)

"Bar vermiş  ağacı silkələməklə necə meyvələri düşər. İmanlı bir xəstənin titrəməsi də, elə günahları silkələr".(Bediüzzaman, Lem’alar,)

Göz yaşı

"Qiyamətdə hər şey ölçülür, dartılır. Bunlardan Allah qorxusu ilə axan göz yaşı, atəş dəryanı söndürəcək güçdir ".(Beyhaki. )

Tibb dünyasına baxanda göz yaşının maraqlı maddi faydaları olduğunu öyrənirik:

Göz yaşı antibiotik təsirli lisozime adlı bir ferment saxlamaqla, gözləri qidalandırır, dezinfeksiya edir və gözləri infeksiyalardan qoruyur. Lisozime fermenti bir çox bakteriya növünü parçaladığı üçün gözdə mikrob yaranmasına mane olur. Bundan başqa, morfi təsirlidir və insanın ağrısını kəsir, stressini alır. Göz yaşı axmasın isə, görmə itkisinə səbəb olan quru göz xəstəliyinin əlaməti deməkdir.

Bu səbəblə ağlayıb göz yaşı tökmək yaxşıdır. Ağlayana"ağlama demək doğru deyil.

Demək, gözlərin qidalanmaya və antibiotik maddələrə, bədənin Allah qorxusu ilə titrəməyə, ruhun rəhmətə və günahlardan təmizlənməyə, insanın cəhənnəmdən qorunmağa ehtiyacı var ki göz ağlayır.

Qorxmayın; Ağlamaq dəstəmazı də, namazı da pozmur. O halda qoyun ağlasın!

Müsibətlər bizə üç ölçülü bir rəhməti  xəbər verir:

Göz yaşı

1. Müsibətlər Allahın təqdiri: Allaha təslim olarıq, rza göstəririk, üsyan etmərik. Bu baxımdan saysız-hesabsız savab alarıq.

2.Müsibətlər Allahın hədiyyəsidir. İslamın ifadəsi, "Xəstəlik bəzilərə bir ehsanı İlahidir, bir hədiyyə Rahmanidir"(Lemalar) Gücümüz yetdiyi qədər edərik və səbr edərik. Bu cəhətdən də saysız-hesabsız savab alarıq.

3. Müsibətlər günahının cəzasıdır: Səhvimizi anlamağa çalışırıq, tövbə edirik. Bu ölçüdən da saysız-hesabsız savab alarıq.

Buna görə də, müsibətlər əslində bizim üçün –əgər səbr edə bilsək- bir savab maşını hökmündədir.

Bununla belə müsibətə məruz qalmaq da, uğramamaq da, ağlamaq da, ağlamamaq da bizim əlimizdə deyil.

Elə isə bizim yenə də duamız, "Allah müsibət verməsin! Allah ağlatmasın"!  olsun.

Ağlayacaqsaq əgər Allah üçün ağlayaq.

24 oktyabr 2015
GO BACK