Qadin.NET / Tərxun və Cəfəri

Tərxun və Cəfəri

 Tərxun

Tərxun və Cəfəri

(Darçınculus) – göyərti növüdür. İranda , Hindistanda ,ABŞ – da ,İngiltərədə ,Zaqafqaziyada , o cümlədən Azərbaycanda və s. ölkələrdə becərilir . Tərxun qədim dövrlərdə bir çox ölkələrdə ədviyyat bitkisi kimi əkilir . Onun tərkibində efir yağı , aşı maddəsi , C vitamini ,karatino , qlukozid , flavanoid birləşməlari , yaşıl xlorafil və s. maddələr vardır.

Tərxun təzə halda yeyilir ,həmçinin ədviyyat kimi müxtəlif yeməklərə ,qəlyanaltılara , məzələrə qatılır . Tərxun iştahanı artırır ,həzmi yaxşılaşdırır , ondan alınan cövhər qan damarlarını möhkəmləndirir , diş qanaxmalarının qarşısını alır . Təzə və qurudulmuş yarpaqları ət və balıq xörəklərinə qatılır .

Tərxundan yaşıl rəngli yağ ,limonad və s. hazırlanır. 

Tərxun arağı

Rektifikat spirt istehsal etmək üçün təbii codluğu olan tərxun suyu ilə qarışdırılır. Aktivləşmiş kömürdən keçirilib təmizlənir və süzgəcdən süzülür. 40 % yüksək keyfiyyətli xüsusi araqları rektifikat spirtlərdən qalanlarını isə əla keyfiyyətli rektifikat spirtdən hazırlayırlar.

Tərxun limonadı

Tərxunla hazırlanan sərinləşdirici içki .Tərxundan süni üsulla alınan şirəyə qaz vurularaq şüşə butulkalara doldururlar.

Cəfəri

Tərxun və Cəfəri
 

(Petroselinum) – çətirçiçəklilər fəsiləsindən bitki cinsidır.3 növü məlumdur.Azərbaycanda qıvrım və ya əkin cəfərisi  (petroselinum sati) becərilir. Xoş ətri və özünə məxsus tünd tamı var.Yarpaqlarının tərkibində 7 %- dək efir yağı ,10mq % karotin ,150 mq % C vitamini (kökündə 35 mq %), B1 , B2 ,C,K vitaminləri mineral duzlar var.

Yaşıl və qurudulmuş yarpaqları ,kökü bir çox xörəklərdə ,həmçinin konserv sənayesində istifadə edilir .Təbabətdə cəfərinin toxumu , yarpağı və otundan sidikqovan və yelqovan dərman hazırlanır. Cəfərinin suyundan və pörtlədilmiş cəfəridən qanazlığı , revmatizm , böyrək xəstəliyi və s müalicəsində istifadə olunur . Xalq təbabətində cəfərinin toxumundan astmanın qarşısını alan soyuqdəymədə bəlğəmgətirən mədə - bağırsaq xəstəliklərində qızışdırıcı ,köpyatıran dərman kimi istifadə olunur.

10 aprel 2011
GO BACK