Qadin.NET / Dostoyevskidən seçmələr

Dostoyevskidən seçmələr

Dostoyevskidən seçmələr
F.M.Dostoyevskinin yaradıcılığı rus ədəbiyyatı tarixində özünəməxsus yer tutur, o əsərləri ilə insanın özünü dərketmə mədəniyyətini zənginləşdirir. Bu günün özündə də onun dərin mülahizələri insanı düşünməyə vadar edir. Dostoyevskinin yaradıcılığı təkcə rus deyil, dünya ədəbiyyatının, həm də fəlsəfi fikrin inkişafına böyük təsir göstərib. Bu gün sizi Dostoyevskinin bəzi müdrik kəlamlarını tanış edəcəyik. 
- Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır. 
- Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol. 
- Yaxşı insan, gülüşünü sevdiyiniz adamdır.
 - Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. 
- Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən. 
- Xoşbəxt son deyə bir şey yoxdur. Çünki bir şeydə son varsa orada xoşbəxtlik yoxdur. 
- Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana, ata evindən qalan xatirələrimizdir. 
- Həyatı onun mənasından artıq sevmək lazımdı. 
- Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım. 
- İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir. 
Dostoyevskidən seçmələr

- İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın olan zamandır. 
-Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir. 
-Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir. 
- İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar. 
- Sadə bir adam, anlaşılmaz bir adamdan daha da qorxuludur. 
- Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir. 
- Axmaq öz axmaqlığını boynuna alırsa, deməli artıq axmaq deyil.
Aynur Alimuradbəyli
8 mart 2015
GO BACK