Qadin.NET / Barokko üslubu

Barokko üslubu

 

Barokko üslubu

 

Barokko – РҐVII-РҐVIII əsrlər Avropa mədəniyyətinə məxsus, mərkəzi İtaliya olan üslubdur.

İtalyan dilində barocco - “qüsurlu”, “intizamsız”, “ifratçılığa meyilli”, portuqal dilində perola barroca - “düzgün olmayan formada mirvari (inci) dənəsi (hərfi tərcümədə – qüsurlu inci)” deməkdir; bu sözün yaranması haqqında digər fərziyyələr də mövcuddur. Barokko üslubu memarlıqda Renessansı əvəz etmişdir. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda fəvvarələrdən və fişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi.

 

Barokko üslubu

 

 

Bu üslubun əsas əlaməti – naz-nemət içərisində üzmə, insanın vücudu və ruhu üçün maksimal rahatlıqdır.

Barokko üslubu əsas giriş qapısında mərmər pilləkənlərin, otaqların arasında incəsənət əsərləri ilə bəzədilən ensiz dəhlizin yaradılmasına üstünlük verir. Bu üslubun xüsusiyyətlərindən biri məkan illüzialarıdır. Barokko memarlıq üslubunda interyerdə müxtəlif şəkillərin, naxışların çəkilmçəsi üçün güzgülərdən, tavandan, eləcə də divarlardan geniş istifadə edilir. Divarlar qobelenlə (divar xalçaları) ilə də örtülə bilər. Xalçaların, zərxaranın, həmçinin bahalı çilçırağın bolluğu təmtəraqlı pafos yaradır. Əyri xəttlər və dəyirmi konturlar hesabına dinamika və gözəllik əldə edilir. Ən yaxşı barokko uyğunluğu – ağ və qızılı rəngin birliyi.Memarlar çox zaman heykəltəraşlıq əsərlərindən istifadə edirdilər. Adi sütunlar tez-tez telamon və karitiadlar - kişi və ya qadın füqurlu sütunlarla əvəz edilirdi.Barokko üslubunun daha bir fərqləndirici cəhəti çox iri ölçülərdir. Belə ki, pəncərələrin, qapıların ölçüləri insan boyundan on dəfə çox və daha artıq olurdu. Barokko üslubunda yaradılmış bir çox tikililər çox yaxşı saxlanmışdır və hazırda Avropanın bir çox şəhərlərinin bəzəyidir.Barokko üslubu ilə yaradılmış tikiililərə nümunə:

Versal (Fransa / Paris)

Andreyev kilsəsi (Ukrayna / Kiyev)

Zvinger (Almaniya / Drezden)

Aranxues (İspaniya / Madrid)

Şenbrunn Sarayı (Avstriya / Vyana) və s.

Barokko üslubu

Barokko üslubu

Barokko üslubu
Barokko üslubu
Barokko üslubunun köklərinin çox qədimə getməsinə baxmayaraq, bu üslubun ayrı-ayrı elementləri əsrdən-əsrə keçərək, memarlıq və interyerə qayıdır. Üslubun əbədiliyi çox asan izah olunur, belə ki, bolluğu, həmçinin təmtərağı nəzərə çarpdıran elementlərə hər dövrdə yüksək tələbat olmuşdur.
Barokko üslubu

 

Barokko üslubu

Barokko üslubu

 

 

Aynur Alimuradbəyli

5 mart 2015
GO BACK