Qadin.NET / Xoş məramlı bir yenilik!

Xoş məramlı bir yenilik!

Deyirlər ili necə başlasan ,o cür də keçəcək.Odur ki,sayt əhlinə xoş məramlı bir yenilik çatdırmaq istəyirəm.

Saytımızın ana səhifəsini açanda körpə balamız Elmiranın şəkili cəlb edirdi.Hamımız artıq öyrəşmişik bu körpəyə.İnanıram ki,hamılıqla,,Allah şəfa versin,,arzulamış,imkan daxilində kiçicik maddi yardım etmişik.Bir daha qeyd edirəm ki,Elmiranın dərdini Belarusiyadakı Azərbaycan səfirliyinin əməkdaşından eşitmişdim.İlk dəfə səhifəni açan gündən körpənin baxışları yaddaşıma həkk olunub.Demək istəyirəm ki,əlbirliyimiz,dualarımız ilk nəticəsini verib-Elmira balamız Almaniyada cərrahiyə əməliyyatından kecib.Çox vaxtınızı almayacağam.

Elmira balanın əməliyyatdan sonrakı şəkli

O artıq eşidəcək!

 

   (Elmira balaya)

Vağzalı oynasın nəvəm bir daban 

Körpə dodaqların bir səhər cağı

,,Ay ana,sabahın xeyir,, deyəcək!

Bülbüllər şıltaqca əyib budağı,

Ötüşə-ötüşə nəğmə deyəcək!

 

Dünyamız yamanca səsli,küylüdür,

Sevincli,kədərli,baş aşmaq olmur.

Hərdən ağlatsa da ,yenə güldürür,

Yazdığı yazıdan heç qaçmaq olmur.

 

Körpə dodaqların şeir deyəck,

Anadan,vətəndən,qəhrəmanlardan!

Nənən nağıllardan çələng hörəcək.

Arabir öpərək yanaqlarından.

 

Ona da nənəsi söyləyib gedib,

Nəsildən nəsilə yetirmək üçün,

Tarixin adına ibadət edir,

Sən də öz nəvənə ötürmək üçün.

 

Körpə dodaqların,,Ata,,deyəcək,

Qürurla gözünü siləcək baban.

Ehmalca saçından öpüb güləcək,

,,Vağzalı,, oynasın nəvəm bir daban.

 

Yuxudan oyadıb o boz sərçələr,

Dəstəylə ucaraq başqa məhləyə.

Dolacaq səs-küydən evlər,kücələr,

Körpə balaları oyatsın deyə.

 

Zərif dodaqların bir səhər çağı

,,Azəri qızıyam,, deyib,güləcək.

Oxşayıb nəğməylə şən Qarabağı,

Babanın gözündən yaşı siləcək.

 

İlham İdrisoğlu 15.11.2010 Brest.

Elmiranın səifəsinin ünvanını da göndərirəm.Bir kəlmə xoş sözünüz,diləyiniz valideyinləri üçün böyük dəstək olar.

http://elmira.blog.com


Dəstək üçün sayt rəhbərliyinə və sizlərə böyük minnətdarlığımı bildirirəm!
29 mart 2011
GO BACK