Qadin.NET / "Qaraçı qanı"

"Qaraçı qanı"

Serial janrı sözü bir qədər qeyri-ciddi hesab olunur bəzən. Lakin bəzi seriallar var ki, onlar tam mənası ilə sənət əsəri hesab oluna bilər. Bu barədə elə bu saytda “Klon”, “Santa Barbara” və digər bu kimi öz janrının uğurlu işi sayıla biləcək seriallar haqqında, onların aktyor heyətinin həyatı haqqında maraqlı məqalələr gedib. Serial həvəskarları “Qaraçı qanı “ serialını necə, xatırlayırsız? 

"Qaraçı qanı"

Orijinal adı “Soy gitano” olan bu serial 2003-cü il yanvarın 13-də Argentina kinomatoqrafçılarının istehsalı adı altında telekanallarda yayımlandı. 229 bölümdən ibarət serialda həm melodram, həm dedektiv, həm dram janrının uğurlu birləşməsindən istifadə olunub. Serialın vaxtı ilk seria üçün bir saat nəzərdə tutulmuşdu. Rejissor Xorxe Beçara, Xorxe Nisko, Sebastian Pivito, ssenarist Kamilo Torres, Leandro Kelderon, Markos Karnevale, bəstəkar isə Dieqo Monk idi.

Serialda qaraçı adət-ənənələrindən çox qabarıq şəkildə bəhs olunurdu. Bəzən qaraçılara aid olmayan o qədər fantaziya irəli sürülürdü ki, bu serialın fantastik janrda olmadığına adam təəccüb edirdi.

Sujet xəttində iki qaraçı ailəsinin uzun illərdən bəri davam edən ədavəti durur. 

"Qaraçı qanı"

Keçmişdə iki yaxın dost olan Lasaro və Xano indi iki barışmaz düşməndir. Buna səbəb isə Xanonun sevdiyi qızı ailəsi Lasaro ilə evləndirilməsidir. Amparo Xanonun onu sevdiyini və onların Lasaro ilə dost olduğunu bilir, lakin ailə qanunlarına qarşı çıxmaq onun gücündə deyil. Digər tərəfdən də Lasaro özü Amparonun bacısı Alibanı sevir. Aliba Lasarodan hamilədir, lakin bacısı ilə evləndirildiyini görüb evdən qaçır. Lasaro çox gec bilir ki, Alibadan bir qızı var. Hadisələrdən 25 il keçib. Lasaro arvadı Amparo, iki qardaşı (Xosemi və Amador) və bir bacısı (Mayta) ilə birgə yaşayır.

"Qaraçı qanı"

Qardaşlar mütəmadi olaraq Xanonun oğlanları ilə dava edirlər. Lakin Xanonun qızının qəsəbəyə gəlişi hər şeyi dəyişir. Xosemi Moranı görən kimi aşiq olur. Amadorla Moranın vəziyyəti isə bir qədər fərqlidir. Digər tərəfdən Xanonun kiçik oğlu Ninyo Lasaronun bacısı Mayta ilə artıq neçə illərdir sevgilidir. Gənclər heç nəyə baxmayaraq sevgiləri uğrunda mübarizə aparmağa qərarlıdırlar. 

"Qaraçı qanı"

Serial başdan-başa qadağan olan hisslər, tərəddüdlü sevgilər, sərhədsiz ehtiraslar, göz yaşı, peşmançılıq, mübarizə və başqa insanı cəlb edən dünyadan xəbər verir.

Serialın ən ziddiyətli obrazı yəqin ki, Amador Erediyadır.

"Qaraçı qanı"

Lasarodan sonra evin böyük oğlu problem mənbəyi, məsuliyyətsiz, kontrol edə bilmədiyi hissləri ilə nə qədər zəhlətökəndirsə, ehtiraslı rəqsi, yaraşıqlı xarici görnüşü, çılğın rəftarı, zarafatlı replikaları ilə bir o qədər sevimlidir (Xoseminin rəqibi olduğu üçün ona nifrət edirdim və adını “Pamador” qoymuşdum).

Rolun müəllifi Osvaldo Laport müğənni, kino və teatr aktyoru 1956-cı il 12 avqustda Uruqvayda dünyaya gəlib. 

"Qaraçı qanı"

O, ailədə dörd qardaşın üçüncüsüdür. Anası Tereza ömrünü uşaqlarına həsr edən qadınlardan olub. Osvaldonun 20 yaşı olanda cibində bir qara qəpiyi olmadan Boynes-Ayresə gəlir. Hədəfi məşhur kino ulduzu olmaq idi. Bu illər Osvaldonun maddi baxımdan ən çətin illəri olur, müxtəlif peşələrdə çalışır, teatrda təcrübəsini artırırdı. Bu təəssüratlardan qurtulmaq üçün ona tam 20 il lazım olacaqdı... 

"Qaraçı qanı"

Artıq bu çətinliklər geridə qalır, Osvaldo bütün Avropanı öz istedadı, xarici görnüşü ilə özünə heyran qoymağı bacarmışdı. Dərdindən ölən qadınların sayı-hesabı yox idi. O isə bu xanımlardan Viviana Saezi seçdi. 21 il birlikdə yaşamalarına baxmayaraq münasibətlərini rəsmiləşdirməyiblər. 1995-ci ildə onların qızı dünyaya gəlib. 2007-ci ilin məlumatına görə isə onlar ayrılıblar.   

"Qaraçı qanı"

Osvaldo karyerasına 1981-ci ildə “Onun adı Ernestodur” serialı ilə başlayıb. Eyni zamanda gözəl müğənni olan aktyor 2007-ci ildə özünün ilk albomunu çıxardır.

"Qaraçı qanı"

Erediya ailəsinin “ağsaqqalı” Lasaro obrazını işıqlandıran aktyor Arlando Andre 12 noyabr 1943-cü ildə Uruqvayda dünyaya gəlib.

"Qaraçı qanı"

1970-2013-cü illərə təsadüf edən karyerası boyunca o, 36 ekran işinə imza atır. Aktyorluqla yanaşı ssenarist, rejissor, prodüsser olan Arlando əqrəb bürcündəndir, boyunun ölçüsü isə 1.82 sm-dir.

"Qaraçı qanı"

Serialın gözəl qızı, üstündə iki qardaş arasında dava gedən Mora Amaya obrazını cazibədar aktirisa Julyetta Diaz canlandırır.

"Qaraçı qanı"
Aktrisa 1977-ci ildə dünyaya gəlib. Seriallarla yanaşı filmlərdə də rol alıb. 2006-cı ildə “Ailə qanunu”, 2012-ci ildə isə “2+2” filminə çəkilib. 
"Qaraçı qanı"

Serialda Moranın ən qatı rəqibi sözsüz ki, İzabel obrazı idi.

"Qaraçı qanı"

Aktrisa Romina Qaytani hələ uşaq yaşlarından ulduz olmağı arzulayırdı.

"Qaraçı qanı"

1977-ci il 15 apreldə Argentinada dünyaya gələn bu qız hələ 18 yaşından sınaq çəklişlərinə getməsinə baxmayaraq 21 yaşında telekanalların diqqətini çəkə bilib. 23 yaşında artıq özünün ilk baş rolunu oynayırdı. Prodüsseri plastik əməliyyat olunmasını dəfələrlə məsləhət görsə də, o bundan qəti imtina edib. 

"Qaraçı qanı"

1.68 sm boy, 55 kq çəkiyə malikdir. Ən sevimli məşğuliyyəti musiqiyə qulaq asmaq, sevdiyi yemək makaron, ən bəyəndiyi aktior isə Al Paçinodur. Arzusu bütün ömrü boyu aktrisalıq etməkdir. Hazırda Romina Argentinanın ən təlabatlı aktrisasıdır.

5 mart 2016
GO BACK