Limon – təzə limonun qabığını ağ hissəsindən təmizləyib nəm hissəsi ilə gicgahınıza qoyun və bir az bu vəziyyətdə saxlayın. Az keçməmiş limon qabığının altında olan dəri qaşınma və isinmə verəcək, baş ağrısı ondan sonra kecməlidir.
Tərxun – Tərxun ,kərəviz, razyana əzilir, bal əlavə olunub daxilə qəbul olunduqda orqanizm zəhərli maddələrdən təmizləyir, damarları tromblardan təmizləyir.
Tut – Qara tut insanı kökəldir. Boğaz şişində daxili xəstəliklərdə müalicəvi təsiri olur. Tut, əncir, üzüm yarpaqları həvəngdə döyülür , yağış suyu ilə qarışdırılır və ağaran saçlara sürtüldükdə onları qaraldır. Tut ağacının qabığı suda qaynadılıb suyu içildikdə bağırsaq qurdları tökülür.
Çobanyastığı- Bir ovuc çobanyastığı çiçəyi suda qaynadılıb və bağırsaqların iltihabına qarşı içilir. Çobanyastıgı suyu baş ağrısına da müalicəvi təsir edir. Çobanyastıgı suda qaynadılır və suyundan sarılıq , sidik ifrazı cətinləşdikdə, sidik kisəsində qum toplandıqda içilir və təsiri müsbət olur. Qadınlar aybaşı dövrlərinin pozulmasında çobanyastığı suyu içilərsə və sıyığın üstündə oturularsa aybaşı normallaşar.
Mərzə - mərzə qaynadılıb suyu balla içildikdə baş ağrısını kəsir, sidik ifrazını normallaşdırır, sidik daşlarını əridir.
İnnab – İnnab və kəklikotu ilə qarışdırıb suda qaynadılıb içilərsə ürək döyüntüsü və ağrıları keçər, dərinin qaşınmaları keçib gedər ateroskleroza da müalicəvi təsiri olur. Qan təzyiqini azaltmaq ücün innab mərciməklə suda qaynadılır və suyundan gündə 3 dəfə hər dəfə bir stəkan içilir.
Ənginar – Bu bitkinin tərkibində sidik qovan, xolesterini, azotu tənzimləyən maddələr var, bu bitkidən qaraciyər xəstəliklərində də istifadə olunur. Bitkini həm bişirib yemək, həm də suyunu içmək olar.