Qadin.NET / Müdrik sözlər aləmində

Müdrik sözlər aləmində

Müdrik sözlər aləmində

Həyat dediyimiz o gözəl məna,

Tale dediyimiz müqəddəs dünya

Yaranır insanın arzularından,

Hər təmiz vicdanin ilk baharindan.   (Səməd Vurğun)

***

Həyatda hamar, aynatək yol olmur. Yolda rast olduğun kiçik çuxurlar, ümidsizlik, kədər gətirməməlidirlər. (Puşkin)

***

Həyat gedir: kim onunla ayaqlaşa bilmirsə tənha qalir. (M.Qorki)

***

Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir. (Seneka.)

***

Ağıllı adamın ilk bayramı, ilk baxışdan kimlə işi olduğunu başa düşə bilməsidir. (Puşkin.)

***

Xoşbəxt yaşadığın yerləri qoyub getmək lazım deyil. Xoşbəxtlik, tale sizin arxanızca gəlməyə bilər. (M.Donnej)

Müdrik sözlər aləmində

Səadəti məqsədlərimizdə, arzu və istəklərimizdə deyil, daha çox öz iradə və əzmimizdə axtarmaq lazımdır. (Aristotel)

***

Nə vaxt ki, qəmlisən işlə. Bu, kədəri qovmaq üçün yeganə vasitədir. Heç nə iş qədər adamı cansıxıcı boşluqdan xilas etmir. (İ.R.Bexer)

***

Kimin qəlbi varsa, qüruru da var. Yalnız mənfur qəlblər ağır təhqirləri bağışlayır. (A.Derik.)

***

Mərdlər quyu qazar, adamlar içsin,

Namərd quyu qazar, adamlar düşsün. (Sədi)

***

Sözlərimizin qanadları var, lakin çox vaxt onlar biz istədiyimiz yerə uçmurlar. (Corc )

***

Heç bir quş uçduğu yuksəklikdə qalmır, təkrar aşağıya enir. (Pestolotsi)

***

İnsanlarla işləmək cihazlarla işləməkdən daha çətindir. (R.Riordan)

***

Əgər biz tez-tez keçmiş düşünürüksə, deməli indiki zamanı doğru yaşamırıq. (A Bronx Tale)

***

Bir gün ürəyincə yaşamaq, yüz il sürünə-sürünə yaşamaqdan yaxşıdır. (Ş. Bodler)

2 aprel 2015
GO BACK