Qadin.NET / Emosiyalar həyatı bəzəyir

Emosiyalar həyatı bəzəyir

 

Emosiyalar həyatı bəzəyir

 

Gündəlik həyatımızda rast gəlinən hər bir amil həyat tərzimizə öz təsirini göstərir. Qəzetdən, radiodan, televiziyadan, eləcə də digər inforimasiya mənbələrindən alınan məlumatlar insanda həm mənfi, həm də müsbət emosiyalar yaradır. Həyatımızı bunlarsız təsəvvür etmək olmaz. Müsbət emosiyalar sağlamlıq üçün faydalı, mənfi emosiyalar isə təhlükəlidir.

 

Emosiyalar həyatı bəzəyir

 

 

Mənfi emosiyalar orqanizmin fəaliyyətinə zərərli təsir göstərir. Belə emosiyalar bəd xəbər, qorxu, uğursuzluq, münaqişə, ümidsizlik və s. hallarda yaranır. Bu zaman qəm-qüssəyə qərq olur, həyacanlanır, əsəb gərginliyi keçirir, taqətsizlik hiss edirik ki, bu da gələcəkdə müxtəlif xəstəliklərə səbəb ola bilər.  Mənfi emosiyalardan uzaq durmaq sağlamlıq üçün olduqca vacibdir. Bu işdə sənə yoldaşların və ətranfındakı insanlar kömək ola bilər. Ətrafdakı insanlarla xoş münasibət qurmaq insanda müsbət emosiya yaradır. Məhz buna görə də insanlarla ünsiyyətdə olarkən çalışaq ki, münaqişələrə girməyək.

 

Emosiyalar həyatı bəzəyir

 

 

Müsbət emosiyalar qələbə, sevinc, şad xəbər, uğur və s. olur. Yəqin ki, hər birimiz üçün sakit, rahat və estetik zövqü oxşayan mühit olduqca vacibdir. Mebelin üzərindəki naxışlar, xüsusi zovqlə açılmış süfrə, maraqlı bədii əsər, həyətdə yağan qar ruhumuzu sakitləşdirir.

Emosiyalar həyatı bəzəyir

Bəzən həm mənfi, həm də müsbət emosiyalar stressə səbəb olur. Öyrənəcəyin dərslərin üst-üstə yığılması, imtahana hazırlıq, yaxın adamın uzaq səfərdən qəfildən qayıtması, ətrafdakılar ilə münaqişələr və s. bu kimi hallara səbəb olur.

Alimlərin bir qisimi hesab edir ki, stressdən qaçmağa çalışmaq əvəzinə, hadisələri olduğu kimi qəbul etmək və özümüzü ələ almalıyıq. Stress insan sağlamlığına ziyan vurur və nevrozların ürək-damar xəstəliklərinin, mədə xorası xəstəliyinin yaranmasına səbəb olur. Emosiyalar həyatı bəzəyir, məzmunlu edir. Müsbət emosiyalar ilə yaşayaq və mənfi emosiyalardan uzaq duraq!

17 yanvar 2015
GO BACK