Ağaclara su vermək ədalət, tikanlara su vermək isə zülmdür. Ədalət bir neməti yerinə qoymaqdır. Zülm isə bir şeyi lazım olmadığı yerə qoymaqdır ki, bu da bəlayə səbəb olar.
Yoxsulun ürəyini kabab edib yeyən zalım diqqət etsəniz görərsiniz ki, öz budunu qizardıb yeyir.
Dünyaya möhkəm sarılmaq kal meyvənin budağına sarılmaq kimi axmaqlıqdır.
Könlünü dünyaya verən bir parça çörəyə imanını satmış insan kimidir.
Günəşlə ayı tac edib başına qoysan da ömür sona çatanda bir kərpicə baş qoyacaqsan.
Nəfsin üçün yaşıdlarına paxıllıq etmə.Paxıllıq pis işlərin ən pisidir. Qüsur və eybin mayası bil ki, paxıllıqdır. Şübhəsiz o, hər şeydən daha zərərlidir.
Təmiz bir göz,ağıl və qulaq istəyirsənsə mütləq tamah pərdələrini yırt.
Biri gözəl bir söz söyləyirsə bu dinləyənin dinləməsindən, anlamasından irəli gəlir.
Buludlar ağlamasa yaşıllıqlar necə gülər?
Cömərdlik və kömək etməkdə axar su kimi ol,
Şəfqət və mərhəmətdə günəş kimi ol,
Başqalarının qüsurunu örtməkdə gecə kimi ol,
Hiddət və əsəbilikdə ölü kimi ol,
Təvazökarlıqda torpaq kimi ol,
Ürəyiaçıqlıq və səmimiyyətdə dəniz kimi ol,
Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.