Alimlər indiyə qədər yaşamış ən böyük quş növünün qalıqlarını aşkar ediblər. Nəsili tükənən quşun qanad genişliyinin 6 - 7,3 metr arasında olduğu təxmin edilir. Daha əvvəlki rekord Argentavis magnificens adı verilən quşa (6 m) aid idi və kral albatrosundan iki dəfə böyük idi. Lakin 7 İyul 2014 Proceedings of the National Academy of Sciencesda nəşr olunan məqalədə yeni nəhəng quşun nəhəng ölçüsünə baxmayaraq incə dizaynlı bir gliderə bənzədiyi bildirilir. 1983-cü ildə Cənubi Karolina Çarlstonda torpaqdan çıxarılan qalıq Çarlston Beynəlxalq Havalımanı işçiləri tərəfindən tapılmışdı. Quş o qədər böyük idi ki, ancaq buldozer ilə çıxarmaq mümkün olmuşdu. Bu gün Çarlston Muzeyi kolleksiyasında olan nümunə çoxlu qanad, ayaq sümükləri və kəllə ilə olduqca yaxşı qorunmuşdur. Qazıntını idarə edən Çarlston Muzeyindən təqaüdçü kurator Albert Sandersin şərəfinə "Pelagornis Sanders" adı verilən quş 25-28 milyon il əvvəl, bölgəyə insanlardan gəlmədən çox əvvəlində nəsli tükənmişdir.
Araşdırmaçılar quşun şübhəsiz uçduğunu düşünürlər. Kağız kimi yüngül və boş sümüklər, qısa ayaqları heyvanın quruya uyğun olmadığını göstərir. Bəzi riyazi modellər heyvanın bu qədər böyük bir cüssə ilə uça biləcəyinii göstərsə də hələ də necə havalandığı məlum deyil deyil. Dr. Daniel Ksepka ağırlıq, qanad genişliyi və qanad ölçüsündən asılı olaraq quşun uçuş performansını təxmin etməyə çalışır. Analizlər nəticəsində quşun yoxuş aşağı qaçaraq eynilə bir glider kimi havaya qalxa biləcəyi düşünülür. Hesablamalar quşun okean səthindəki hava axınlarını istifadə edərək uça biləcəyini göstərir. Bu sayədə quş eynilə bir albatros kimi qanadlarını belə çırpmadan süzülərək uzun məsafələr gedə bilirdi. Quşun ara-sıra suya süzülərək sudakı yumşaq qidaları yeyərək bəsləndiyi düşünülür.