Məşhur sənətçi İbrahim Tatlısesin Beyaz TVdəki İbo Show proqramının çəkilişinin ardından Şişli Sənaye Məhəlləsində olan Nurol Plazadan maşını ilə çıxdığı anda, 3 avtomobil tərəfindən qarşısı kəsildi. Avtomobildən enən silahlılar, Tatlısesin olduğu maşını uzun lüləli silahlarla güllələdilər. Hücum nəticəsində İbrahim Tatlıses başından yaralanarkən, yanında olan menejeri Damla Bıçaqçı isə çiyinindən yaralandı.
Tatlıses, ilk olaraq Özəl Levent Xəstəxanasına qaldırıldı. Daha sonra Maslak Acıbadem Xəstəxanasına sövq edidi.
Maslak Acıbadem Xəstəxanası Başhekimi Çağlar Çuhadaroğlu, silahlı hücum nəticəsində ağır yaralanan İbrahim Tatlısesin həyati təhlükəsinin davam etdiyini ancaq sənətçinin, xəstəxanaya ilk gəldiyi vaxtdan daha yaxşı vəziyyətdə olduğunu bildirdi.
Əməliyyatı edən İlhan Almaçı və qrupu xəstəxana girişində mətbuat mənsublarına açıqlama etdi. İlhan Almaçının, edilən əməliyyatlar və Tatlısesin bu ankı vəziyyəti haqqında etdiyi açıqlama:
Bu hadisənin ilk olduğu saatlarda şüuru açıq idi. Səsləndiyimizdə bizi anlamasında ciddi çətinlik içərisində idi. Beynimiz bağlı bir qutu olduğu üçün həyati risk oradan doğulur.
Bu yaralanmağa bağlı beyin içində ciddi ziyan meydana gəlmişdir. Açıq beyin yarası mövcud idi. Başında, vurulmanın olduğu yerdə çox çox qırıq vardı.
Əməliyyatın ardından biz xəstəmizi reanimasiyaya götürdük. Baş içi təzyiqini salmaq üçün dərmanlar veririk. Ara ara da inkişafları tomoqrafiyayla izləyirik.
Buket xanımın vəziyyəti yaxşıdı. O əməliyyatdan onsuz da oyanıq olaraq çıxdı. Onda beyinlə əlaqədar meydana gəlmiş bir ziyan yoxdu.
Danışma çətinliyi olacağını zənn etmirəm. Beyin zədəsinin olduğu tərəf o mərkəz deyil. Danışma çətinliyi olacağını zənn etmirəm, ancaq bir güc azalması ola bilər. Bədənin qarşı tərəfini nəzarət edən mərkəz. O səbəblə bir tərəfdə iflici vardı.
Beynimizin sağ tərəfi sol bədən tərəfini, sol tərəfi isə sağ tərəfini nəzarət edər. Burada yaralanma sağ tərəfdə. Ona görə gəldiyində sol tərəfi iflic idi. Qismi iflic ola bilər. Hadisəs meydana gəldiyində bir iflic meydana gəldiyi üçün, bizim işimizdə girərkən ki vəziyyəti çox əhəmiyyətlid5. Əvvəl həyati risklə mübarizə etməyimiz lazımdır. Bunu inşallah sovuşdursaq, sonra bədən funksiyalarını düzəltməyimiz lazımdır. Bir illik bir müddətdir bu.
Bu arada Baş nazir Receb Tayyib Erdoğan xəstəxanaya zeng edib,İbrahim bəyin sağlığı ilə bağlı məlumat alıb və lazım olan hər şey edilsin deyib.
Sənət aləmi İbrahim Tatlısəsə edilən hücumun ardından Tatlısesin müalicə gördüyü xəstəxanaya axın etdi. Böyük kədər yaşayan sənətçi dostları, Tatlıses üçün dualar edir,ürək sözlərini deyirlər.