Qadin.NET / Azərbaycanın "Eurovision-2011" mahnısı məlum oldu

Azərbaycanın "Eurovision-2011" mahnısı məlum oldu

Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə “Running Scared” mahnısını ifa edəcək
Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb.
“Running Scared” mahnısını İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu peşəkar münsiflər heyəti seçib.
Artıq İctimai Televiziyanın efirində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçilərinin ifa etdiyi “Running Scared” mahnısının ilk video çarxı təqdim olunur. Mahnıya çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulub.
 

 

Azərbaycanın "Eurovision-2011" mahnısı məlum oldu
Bu da  “Running Scared” mahnısına çəkilən video klip

 

Sizcə duetimizin ifa etdiyi bu mahnıyla Ölkəmiz bu il neçənci yeri tutacaq?

15 mart 2011
GO BACK