Qadin.NET / Yapon qar meymunları

Yapon qar meymunları

Yapon qar meymunları

Qardan ləzzət alanın yalnız uşaqlar olduğunumu düşünürsünüz? Yaponiyanın şimal adalarında yaşayan "Nihonzarular" yəni Qar meymunları bütün il ilk qarın yağmasını gözləyirlər. Siz bu simpatik meymunların başlarında qardan bir şapka, termal hovuzunda qızınıb istirahət edərkən çəkilmiş məşhur fotoşəkillərinə baxarkən, onlar artıq çoxdan qar topu döyüşünə başlayıblar.

Qar meymunları qütb şərtlərinə uyğunlaşa bilən tək meymun növüdür. Qalın kürkləri sayəsində -20 dərəcəyə qədər soyuğa dözə bilərlər.

Yapon qar meymunları

Yaşadıqları bölgələrdə olan hovuzlar isti suyun içində istirahət etmələrinə imkan verir.

Qar meymunları eyni bizim kimi ilin ilk qarı yağdığında həyəcanlanarlar.

Bir müddət heyranlıqla qar dənələrini seyr edərlər, sonra ağıllarına tək bir şey gələr: Qartopu döyüşü!                   

Yapon qar meymunları

Artıq ilin ilk qartopu döyüşü başlayıb.

Yapon qar meymunları

Qar meymunlarının körpələri eyni bizlər kimi 2 yaşına qədər analarının yanından ayrılmazlar.

Yapon qar meymunları

Bu balalar dost canlısı və çox hiperaktivdir. Qartopu döyüşünə başlamadan əvvəl daim güləşər və tullanıb-düşərlər.

Bala meymunlar 6 yaşına gələnə qədər məsuliyyət daşımazlar. Müəyyən yaşdan sonra qəbilələrinin qaydalarını və ovçuluq-yığıcılığı öyrənməyə başlayarlar.

Yapon qar meymunları

Bu meymun deyəsən, qaradamı düzəldəcək. 

Yapon qar meymunları

Bu fotoşəkil sizə də qartopu oynamaqdan yorulub, islaq əlcəklərlə evə qaçdığımız zamanları xatırlatmadımı? 

Bu bala meymun oyun oynamaqdan çox yorulub, çox islanıb, amma qartopu döyüşündən domayıb.   

Yapon qar meymunları

Qartopu döyüşündən sonra isti bir duş kefi.

Qar meymunları insanlar kimi gigiyenalarına fikir verirlər. Vərdiş etdiyimiz tük-dırnaq baxımından əlavə, bu meymunlar yeməklərini yemədən əvvəl yuyunurlar.

Yapon qar meymunları

Qar meymunları sıxlıqla hovuz kefində olduqları göstərilsə də əslində bu isti su qaynağından faydalanmağı olduqca yeni kəşf ediblər.

Təxminən 20-30 il əvvəl ilk dəfə bir dişi meymun bu sulara girməyi sınamışdı. Arxasından da bütün qəbilə bu kefi vərdiş halına gətirib.

Qar meymunları arasından möhkəm bir iyerarxiya hakimdir. Alfa kişilər hovuz sularını dəvətsiz qonaqlardan və aşağı səviyyədəki digər meymunlardan qoruyur.

Yapon qar meymunları

Bu simpatik meymunların soyu isə çox təəssüf ki təhlükədədir.

Yapon qar meymunları

Cəmi 114.431 fərdin qaldığı düşünülən meymunlar Yapon meşələrin azalması səbəbi ilə daha şimala köç etmək məcburiyyətində qalırlar. Yapon hökuməti meymunların itən meşələrini təkrar yetişdirmək üçün səy sərf edir. Ümid edirik, müvəffəqiyyətli olarlar, bu, bizə çox bənzəyən əyləncəyə düşkün meymunlar daha uzun illər qartopu oynayar.

Yapon qar meymunları

 

İlkin Cəfərov

8 yanvar 2015
GO BACK