Qadin.NET / Kral Davudun dövləti mövcud olub

Kral Davudun dövləti mövcud olub

Kral Davudun dövləti mövcud olub

Arxeoloqlar kral Davud və Süleymanın yaşamış olduqlarını və e.ə. IX-X əsrlərdə İsrailə başçılıq etdiklərini göstərən yeni dəlillər əldə ediblər. Onlar, İsrailin cənub bölgəsində, Qəzza yaxınlığında palçıqdan hazırlanmış möhürlər tapıblar.

Kral Davudun dövləti mövcud olub

Möhürlərin üzərində rəsmi yazışma işləri üçün planlaşdırılmış əl basmalarını aşkar edən alimlər, bu ərazidə bir vaxtlar həqiqətən dövlət qurulduğunu təsdiq ediblər. Professor Cimmi Hardin əldə edilmiş bullaların e.ə. X əsrə aid yeganə möhürlər olduğunu qeyd edir.

Kral Davudun dövləti mövcud olub

Bu fakt olduqca böyük maraq kəsb edir, çünki daha əvvəl bir çox alimlər bu ərazidə e.ə. X əsrdə dövlət qurulmuş olduğuna skeptik yanaşırdılar. Bulla möhürlərinin İsrail krallığının periferiyasında tapıldığı, min illər əvvəl burada hər hansı bir administrativ təşkilatın mövcud olmuş ola biləcəyini göstərir. Qeyd etmək lazımdır ki, Davud kralın yaşayıb-yaşamadığı mövzusu da uzun müddət elm ictimaiyyətində mübahisə obyekti olaraq qalıb.

Kral Davudun dövləti mövcud olub

Hesab edilir ki, Davud İsrailin ikinci kralı olub. O, təxminən 40 il müddətində hakimiyyəti əlində saxlamağı bacarıb. Dini məntnlərdə Davudun obrazı "ideal" hökmdar kimi təsvir olunur. Yəhudilərin inancına görə, Məsiha məhz onun nəslindən çıxaraq, dünyanı şərdən xilas edəcək.

Həyatın təkamülü

8 yanvar 2015
GO BACK