Qadin.NET / Eynək

Eynək

Optik cihazlardan ən sadəsi eynəkdir. Bu cihaz uzağı və yaxını görməkdə göz qüsuru olan insanların yaxın köməkçisidir.Odur ki,eynəyi ən mühüm texniki ixtiralardan biri hesab etmək olar.Misir,Yunanıstan və İtaliya ərazilərində aparılmış arxeoloji qazıntılar sübut edir ki,insanlar hələ ən qədim zamanlarda linzaların quruluşu və xassələri ilə tanış idilər.O zaman linzalar şəffaf daşlar olan büllur və berildən hazırlanırdı.Krit adasında tapılmış büllur linzanın tarixi milandan öncə 1600-cü ilə gedib çıxır.Bu linzalar bəzək və əyləncə məqsədi ilə düzəldilirdi.Xlll-XlV əsrlərdə İtaliyada şüşə istehsalı xeyli inkişaf etmişdi. İtaliyada şüşə ustaları ən mahir sənətkarlar hesab olunurdular.Ustalar müxtəlif əyri səthi olan şüşələrlə işləyən zaman onların optik  xassələrini aşkar etmişdilər.İlk eynək  də 1280-ci ildə İtaliyada ixtira olunmuşdur.Bu ixtiranın müəllifi Salvinio  delli Armati  olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edən bu eynək sağanaqla birləşdirilmiş iki qabarıq linzadan ibarət idi.İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər yalnız XV əsrdə ixtira olundu.İstər dəstəksiz,istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu.XlX əsrin ikinci yarısıda qulağa keçirilən eynəklər meydana gəldi.İlk eynəklər uzaqgörməni yaxınlaşdırmaq məqsədilə düzəldilirdi.Çox sonralar başa düşdülər ki,elə həmin eynəyə çökək, şüaları səpələyən linza salmaqla yaxıngörmə qüsurunu da düzəltmək mümkündür.


Əvvəllər eynəklər tibbi xarakter daşısa da, sonralar dəb, gözəllik və yaraşıq üçün geyilməyə başladı. İlk qədim eynəklər dairəvi və girdə formada olurdu. Sonralar isə günəş şüalarından qorunmaq üçün eynəklərin müxtəlif formaları ortaya çıxdı.


 



 



 



 



 



 



Bu gün istehsalçı-şirkətlər kompüter istifadəçiləri üçün eynəklər təklif edir. Hər bir komputer istifadəçiləri kimi məndə həmin eynəkdən və gün eynəklərindən istifadə edirəm.
Əziz xanımlar, siz necə komputer işığından qorunmaq üçün eynəkdən istifadə edirsinizmi?
 
15 mart 2011
GO BACK