Qadin.NET / Mirvari haqqında

Mirvari haqqında

Mirvari haqqında

Mivari odun istisindən sıradan çıxır və saralır. İnsan bədəninin hərarətindən, tər və çirkdən  də sıradan  çıxa bilər. Rütubətli yer də mirvariyə  yaramaz və suyunu qaçırar.Mirvarini qorumaq istəyənlər onu şüşə qabın içində  saxlamalıdırlar. Mirvarini həkimlər mötədil saymışlar.Ürəyə qüvvət verər. İnsanın əhval-ruhiyyəsini yüksəldər. Qəm və qüssəni unutdurar. Gözün gücünü və görmə qabiliyyətini artırar.Mirvarinin soğan kimi qabığı vardır.

Mirvari haqqında
 

Onun yaxşı və pis olmasını 3 əlaməti ilə bilmək olar:

1.Rəngindən

2.Görünüşündən

3.Kiçiklik və ya böyüklüyündən. 

Rənginə görə də 2 cəhətə diqqət vermək olar.

1.Rənginə görə 

2.Tərəvatinə görə( buna mirvarinin "suyu" da deyilir)

Sulu və ağ mirvari ən yaxşı növ sayılır. Rəngi azacıq  sarıya çalan mirvari çox bəyənilir. Qabığı qalın olan mirvari əsl sulu mirvari sayılır. Qabığı nazik olan  mirvari sulu olsa da suyunu tez itirir.

Siz necə mirvari haqqında daha nələr bilirsiniz?

21 mart 2011
GO BACK