Qadin.NET / Dördqanadlı lələkli dinozavr

Dördqanadlı lələkli dinozavr

 

Dördqanadlı lələkli dinozavr

 

Alimlər Çin ərazisində ən böyük dördqanadlı lələkli dinozavr növünə aid fosilləşmiş qalıqlar aşkar etməyə nail olublar. Növ dörd qanadı ilə yanaşı həm də uzun quyruq lələklərinə sahib olub.

Changyuraptor yangi adı verilmiş yeni lələkli dinozavr növü uçmağı kifayət qədər yaxşı bacaran yırtıcı idi. Təbaşir dövründə mövcud olmuş canlı Çinin indiki Lyaonin vilayətində yaşayıb. Təxminən 30 sm uzunluğa malik quyruq lələkləri ornitopodlara aid olmayan bütün dinozavrlar arasında ən uzunu hesab edilir. Mütəxəssislər qeyri-adi lələkləri sayəsində çoxqanadlı dinozavrın uçuşda yavaşlaya bilmək və yerə təhlükəsiz eniş etmək üstünlüyü əldə etdiyini qeyd edirlər.

 

Dördqanadlı lələkli dinozavr

 

 

Changyuraptor yangi erkən lələklilərə aid yeni mikroraptor qrupu növüdür. Bu qədim sürünənlər üzərində aparılacaq araşdırmalar uçuş kimi bir fenomenin necə formalaşdığına aydınlıq gətirməklə qalmayıb, həm də lələkli dinozavrlardan quşlara təkamül zəncirini bərpa edəcək. Fosillər Çinin Bohai Universitetindən olan alimlər və onların ABŞ-ın Los-Anceles ətrafı Təbiət Tarixi Muzeyindən olan həmkarları tərəfindən aşkar edilib.

 

Dördqanadlı lələkli dinozavr

 

 

Burun ucundan quyruq sonuna qədər 132 sm uzunluq təşkil edən canlı arxeoloqların indiyəcən rast gəldiyi ən böyük dördqanadlı dinozavrdır. Müasir qartal və albatros kimi quşlardan daha böyük ölçülərə malikdir.

Yeni dinozavrın arxa üzvlərindəki lələklər qeyri-adi şəkildə uzundur, bu da, alimlərin dediyinə görə, onların uçuşda vacib rola malik olduğundan xəbər verir. Əldə edilmiş nəticələrə əsasən, qədim dino-quş uzun quyruğunu isə öz ağırlığını kompensasiya etmək və uçuşunu stabilləşdirmək üçün istifadə edirdi.

Həyatın təkamülü

28 dekabr 2014
GO BACK