Qadin.NET / Mövlana sözləri-3

Mövlana sözləri-3

Mövlana sözləri-3

Sən yerdə olanlara mərhəmət et ki, göydə olan da sənə mərhəmət etsin. Səndən aşağı olana acı ki, sənden üstün olan da sənə acısın.  

***

Dəfinə viranə yerlerde gizlənir. Odur ki, kasıb və dərdlilərin qəlbini qırma, ahlarını alma.

***

Şərab qabı hara qoyulursa, qoyulsun şərabdır. Gül xarabalıqda bitməklə  pis olmaz, şərab altın qabda halal olmaz.

***

Eşqin hekayəsini dayanmadan fəryad edən bülbüldən deyil, o səssiz-səmirsiz can verən pervanələrdən soruş.

***

İlan çalması səni yalnız canından edir. Amma pis dost həm candan, həm də imandan edər!

***

Mərifət nədir, bilərsənmi? Daşlara baxan gözlərin çicəkləri görməsidir!

***

Niyə duasız qoyursan dilini? Qapını döymədən, açılmasını  gözləyənlərdənsənmi yoxsa?

***

Ağlın gözəlliyi dil ilə, dilin gözəlliyi söz ilə, adamın gözəlliyi üz ilə, üzün gözəlliyi göz ilə bilinir!

***

Qazanılan şeyin tadı, duzu, dəyəri, oraya gəlmək üçün çəkilən yolun zəhməti qədərdir. Çölün tozunu udmayan, dilini dodağını çöl günəşində çatlatmayan zəmzəm ləzzətini biləməz. Ömür boyu xəyalını qurmayan Kəbənin qədrini bilməz. O halda əvvəl yan ki, su səni aldatsın, acı ki, çörək damağında bir Iəzzət buraxsın. Özlə ki, tapdığnıda həqiqətən tapmış olasan.

***

Mövlanaya soruşarlar o qədər yazırsan, o qədər oxuyarsan, nə bilirsən?  Mövlana belə cavab verir; Həddimi bilirəm!

***

Bəzi insan yaşadığı çətinlikləri bəhanə edib Allahdan uzaqlaşır, bəzi insan da yaşadığı çətinlikləri bahanə edib Allaha yaxınlaşır.
***

Bal yeyən arıdan çəkinməz. Gül qoxlayan tikanından çəkinməz.

***

Eşitdim Ki, qeybətimi  etmişsiniz, üzüme söyləməkdən çəkinmişsiniz! Mənim kimi acizdən qorxdunuz  ALLAHdan qorxmadınız.

***

Bəzi alimlərin Allahı isbat etməyə çalışmalarına təəccüblənirəm. Allahın varıığı sabitdir, sən qulluğunu isbat etməyə çalış!

 

Mövlana sözləri-3

 

***

Gülənə niyə gülürsən diyə sorulmaz, amma ağlayana niyə ağladığı soruşulur. Sən də dualarında ağla ki, Rəbbin səbəbini soruşsun.

***

Tez-tez verilən eyni məsləhətdən bezmə, yorulma. Çünki bir mismarı çaxmaq üçün dəfalərcə vurmaq lazımdır.

***

Səbr et, Can; Üzülmə sevməyən getsin. Niyə ağlayırsan? Dua et Rəbbim səni tərk etməsin. O edərsə, həqiqətən, bitərsən!

***

Hər kəs bədəninin ölümünü düşünür. Qəlbinin ölümünü düşünən yoxdur. Əsas olan, qəlbin ölməsidir.

***

Dünya həyatı bir yuxudan ibarətdir. Dünyada sərvət sahibi olmaq yuxuda dəfinə tapmağa bənzər. Dünya malı nəsildən nəsilə keçər amma dünyada qalar.

***

Uzaqlıq deyib dərd etdiyin nədir ki, sevgili. Biz Yaradanı görmədən sevmədikmi?

***

Üzülmə! Bil ki, Yaradan ümidi ən çarəsiz anlarda yollar. Unutma; Yağışın ən şiddətlisi ən qara buludlardan yağar.

***

Ürək yanmadıqca, göz yaşarmaz.

***

Uşaqlığında oyun, gəncliyinde əyləncə, qocalıqda təmbəllik, Bəs nə vaxt? ALLAHa kulluk edəcəksən.

***

Dost istəsən Allah yetər .

Yar istəsən Məhəmməd yetər.

Sübut istəsən Quran yetər.

Huzur istəsən Namaz yetər.

Zənginlik istəsən Qənaət yetər.

Düşmən istəsən Nəfsin yetər.

Şərəf istəsən İslam yetər.

Öyüd istəsən Ölüm yetər!

***

Allahdan gələnə razı olsaq, Allah da  bizdən razı olar.

***

Dərd həmişə insana yol göstərir.

***

Gəminin üzməsi üçün suya ehtiyac vardır! Amma su gəminin içinə girərsə, onu batırır! Gəmi üçün su nə isə, mömin üçün də dünya odur!

***

Dərdli insan daxili tüstü dolu bir otağa bənzəyir. Onu dinləmək, o otağa bir pəncərə açmaq kimidir.

***

İsdədikdə vermədi demə. İstəməyi biımədin, yalan demə.

***

Əgər müsəlmanca yaşamaq istəyirsən, Qurana sarıl. Çünki, Onsuz islami həyat mümkün deyil.

8 aprel 2015
GO BACK