Qadin.NET / Mövlanə sözləri-2

Mövlanə sözləri-2

 

 

Mövlanə sözləri-2

 

Könlü işıq yandırmağı, işıqlandırmağı öyrənən insanı günəş belə yandıra bilməz. Gündüz kimi ışıldayıb dayanmaq istəyirsənsə, gecəyə bənzəyən mənliyini yandır.

***

Unutma! Qazanmaq uzun bir ömür istəyir! İtirməyə isə anlıq qəflət kifayətdir.

***

Yüz minlərlə bir-birinə bənzəyənləri seyr et də aralarında ki yetmiş illik fərqə diqqət et. İki şey bir-birinə bənzəyə bilər: Acı su da aydındır, şirin suda.

***

Ey özəkdən xəbərsiz qafil! Sən hələ də daxilinlə öyünüyürsən!

***

Ey zülmlə bir quyu qazan! Sən özün üçün tələ qurursan. Bunu yaxşı bil ki, səfləri yaran, hər şeyi yeyən aslanla döyüşmək asandır. Həqiqi qəhrəman öz nəfsinə qalib gələndir.

***

Otdan, çiçəklərdən yaranan bağça müvəqqətidir, amma ağıldan yaranan gül bağçası həmişə yaşıl və gözəldir.

***

Göz iki, qulaq iki, ağzımız isə təkdir. Çox görüb, çox eşidib, az danışmaq lazımdır.

***

Göz yaşının da vəzifəsi varmış. Sonra gələcək gülümsəmə üçün təmizlik aparmalıdır.

***

Bir şeyi olmadığı yerdə axtarmaq, heç axtarmamaq deməkdir.

***

Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur.

***

 Heç bir mal sizin deyil, nəyi bölüşə birsiniz? Heç bir can sizin deyil, niyə vuruşursunuz? 

***

Bir şam digərini yandırmaqla işığından bir şey itirməz. 

***

Nə xoşbəxt o adama ki, öz ayıbını görür. Hamı xaricini bəzəyərkən, sən içini, qəlbini bəzə. Hər kəs başqasının ayıbını axtarakən, sən öz ayıbınla məşğul ol. 

***

İnsanları yaxşı tanıyın, hər bir insanı pis bilib pisləməyin, hər bir insanı da yaxşı bilib tərifləməyin.

 

Mövlanə sözləri-2

 

***

Sual da məlumatdan doğur, cavab da.

***

Ədəbli ədəbindən susar, ədəbsiz isə mən susdurdum zənn edər.

***

Həyat sənə ardı-arda tikanlarını göstərirsə üzülmə, əksinə sevin, cünki yaxında gülü də göndərəcək.

***

Qonaq gələcəkmiş kimi evini, ölüm gələcəkiş kimi qəlbini təmiz tut.

***

Həyat bir yuxudur, ölüncə oyanır insan. Sən tez davran ölmədən əvvəl oyan.

***

Qüsur tapmağa çalışma heç kəsdə.Tapmaq istəsən taparsan. Qüsuru örtməyə çalış. O zaman qüsursuz olarsan.

***

Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən; Bu, Allahın sənə yardımının və sevgisinin bir dəlilidir.

***

Ümid, təhlükəsizlik yolunun başıdır. Yolda getməsən də həmişə yolun başını gözlə.

***

Sahib olduğum hər şeyi itirdim, amma bu arada özümü tapdım.

***

Ey özünə baxmayıb öz qüsurlarını görməyən başqalarında qüsur axtaran insan, Allah sənə kömək olsun.

***

İnsanları kitablar kimi düşünün və üzlərinə baxıb aldanmayın, əsl dəyərini oxuduqdan sonra anlayırsınız.

***

Ağaca söykənmə çürüyər, insana söykənmə ölər, aç əlini Rabinə səni bir tək O görər.

***

Yeriyərkən başımın yerdə olması sizi narahat etməsin. Mənim tək dərdim; yerə düşən əxlaqınıza toxunmamaqdır.

***

Ey Müsəlman, "ədəb nədir?" deyə soruşsan bil ki, ədəb, hər ədəbsizin ədəbsizliyinə dözməkdir.

***

Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olur. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olur. 

***

Nəfsin əjdahadır. Öldü sanma, yuxuya gedər o. Dərddən əlinə fürsət düşmədiyi üçün yatır. Dərdin bitincə dərhal gələr. Hünər nəfsi yuxuda tutmaqdır. 

***

Bizi bilən bilir, bilməyəndə özü kimi bilir!

24 mart 2015
GO BACK