Qadin.NET / Mövlana sözləri -1

Mövlana sözləri -1

 

Mövlana sözləri -1

 

Qəlb sirrinə ərənlər nələr görür, bilirsənmi?  Hirslənmirlər. Küsmürlər. Sındırmırlar. Qırılmırlar.

Hər şeydə bir gözəllik tapırlar. Heç bir şeyi insan övladından bilmirlər; Rəbbindən bilirlər hər şeyi; Ondan umub gözləyirlər. Və susarlar. Susaraq danışırlar.

***

Nə zaman göy üzünə bir nəfəs, bir dua göndərdin də ardınca ona bənzər bir yaxşılıq gəlmədi?

***

İstədiyin qədər inamlıyam de, namaz qıl, sədəqə ver. Ümid verib yarıyolda qoyub getdiyin insanın könül sədəqəsini hər iki dünyada da verə bilməzsən.

***

Eyni dili danışanlar deyil, eyni hissləri bölüşənlər anlaşa bilir.

***

Ayrılıq içində insanın gözünü açıb bağlayana qədər keçən zaman, il kimi gəlir.

***

Ağıl padşahı qəfəsi sınıb yoxsa, quşların hər biri bir tərəfə ucar. Ağıl bütün gediləcək yolları bilsə belə, yenə eşq yolunu bilə bilməz, çaşır qalır.

***

Gəminin içindəki su, gəmini batırır. Gəminin altındakı su, gəmiyə arxa olur.

***

Allah mərhələsində ağıl adına yol yoxdur.

 

Mövlana sözləri -1

 

 

***

Ədalət nədir? Hər şeyi yerinə qoymaq. Zülm nədir? Bir şeyi yerinə qoymamaq, başqa yerə qoymaq.

***

Başqalarına qibtə etmə, çox adamlar var ki, sənin həyatına həsəd aparırlar.

***

Murdarlar pislik edər, amma sular da təmizləməyə çalışır.

***

Bir insanı tanımaq istəyirsənsə, oturub durduğu  yoldaşlarına bax.

***

Üz ilə dağda eşq olsaydı, könüllərində bir ot belə bitməzdi.

***

Bəzən deyirəm ki: "Nə olacaq de getsin". Sonra deyirəm: "Deyəndə nə olacaq, sus bitsin".

***

Rəsmlər istər xəbərləri olsun, istər olmasın, hamısı da rəssamın əlindədir, o əldən çıxar.

***

Bir nəfər Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa; Allah da onu başqasına möhtac etməz.

***

Əyri ayağın kölgəsi də əyridir.

***

Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən isə zəkasını və səviyyəsini başa düş.

***

Heç bir kafirə xor gözlə baxmayın. Müsəlman olaraq ölməsi önəmlidir.

***

Elm sərhədi olmayan bir dənizdir. Elm istədiyi dənizlərə dalan bir dalğıcdır.

***

Biz birləşdirmək üçün gəlmişik, ayırmaq üçün yox.

 

Mövlana sözləri -1

 

 

***

Sərxoş cinayəti edər, sonra "üzrüm vardı, özümdə deyildim" deyər. Özündə olmamağın özü gəlmədi sənə, onu sən çağırdın.

***

Biri gözəl bir söz söyləyirsə, bu dinləyənin dinləməsindən, anlamasından irəli gəlir.

***

Nə deyə lovğalanıb təkəbbür göstərirsən? Doğuşun bir damla su, ölümün bir ovuc torpaq deyilmi?

***

Taxta içində yaşayan canavar, o taxtanın fidan olduğu vaxtki halını bilirmi heç?

***

Cibi zəngin, lakin ruhu kasıb olan insanın halı çox rəzil! Çünki o, hər şeyin qiymətini bilir, dəyərini yox.

***

Çirkinliklə gözəlliyi görünüşlə deyil, ağılla ayırd edin.

***

Dərd insanı yoxluğa aparan rahvan atdır.

***

Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən, bu Allahın sənə yardımının və sevgisinin bir dəlilidir.

***

Dünya tələdir. Yemi də istək. İstək tələlərindən çəkinin.

***

Dənizdə incilər dərində olur. Çör-çöp sahildə olur.

***

Dənizin kənarına qədər, ayaqların izi var. Amma dənizə girdikdən sonra nə iz qalır, nə işarə.

***

Dayanma! Tez gəl. Gəlim demə! Nə hə demək yaraşır sənə, nə yox. Dostum, sənin şəninə yalnız gəlmək yaraşar.

***

Sən bizim halımıza (üzümüzə) deyil, yaşayışımıza (əxlaqımıza) bax.

***

Dünən çəmənlik mənim ayaqlarımın altında idi, bu gün üstümdə bitir.

***

Görürsünüzmü? Torpaq günahlardan başqa hər şeyi örtür.

***

Ümid, təhlükəsizlik yolunun başıdır. Yolda getməsən də həmişə yolun başını gözlə.

***

"Düzgün olmayan şeylər gördüm". Demə, doğruluğu tut.  O vaxt heç bir əyrilik qalmaz. Doğruluq Musanın əsası kimidir. Əyrilik isə sehrbazın sehrinə bənzər. Doğruluq ortaya çıxanda onların hamısını udar.

***

Ey insan! Sən fikirdən və düşüncədən ibarətsən. Sənin varlığın onlardandır. Geri qalan sinir və sümük ki, onlar heyvanlarda da vardır.

***

Gözəlliyin bir damcısı olan Leyli üçün yuxu haram etmək çox deyilsə, gözəlliyin mənbəyi olan Allah  üçün bir ömrü fəda etmək, azdır.

26 yanvar 2015
GO BACK