Qadın bir yerdə yaşamaq,hər çətinliyə sinə gərmək üçün həyat yoldaşından ilk növbədə sədaqət gözləyir.Bir qadın yoxsulluğa dözə bilər,xəstəliklərə səbr edə bilər,amma həyat yoldaşı üçün ikinci bir qadın olmağı əsla həzm edə bilməz.Qüruru sınar,ruhu inciyər.Nə alçaldılmağa,nə də incidilməyə razı olmaz.Xəyanətin bir qadın üçün necə acı olduğunu kişilər bilsə idi,bunu əsla etməzdilər.Qadın xatırlanmaq istəyər.Özü əlamətdar günləri unutmadığı kimi,bu günlərdə unudulmaq da istəməz.Həyat yoldaşından aldığı qönçə bir gül də olsa,ən çox istədiyi şey onun gözlərindəki sevgi olar.Qadın,gözəlliyinin dilə gətirilməsini istəyər.Dünya gözəli olmadığını bilər,amma dünya gözəli kimi diqqət,qayğı gözləyər.İltifatlardan xoşlanar.Ən kiçik dəyişikliklərin belə hiss olunmasını sevər.Ən əsası sevgini sevər,sevməkdən bezməz.
Qadın,istədiyi sevgini tapsa,bir andaca mələyə,xeyirxahlıq pərisinə çevrilər.Bir də görərsiniz ana olar.Min bir əzabla dünyaya gətirdiyi körpəsinin hər əziyyətinə sevərək,gülərək qatlanar.Bir də görərsiniz ki,xəstə övladının başı üzərində tibb bacısı kimi səhərlərə qədər gözünü qırpmadan növbə gözləyər.Bir də görərsiniz ki,müəllimədir,qələm tutub yazı yazdırar ciyərparasına.Əxlaq dərsi verər.Övladının üzüağ,alnıaçıq bir insan kimi yetişməsi üçün bəzən çatılar qaşları.Bəzən sınar qəlbi..Susar...Ancaq dua üçün göylərə qalxan əli əsla yerə enməz.Ancaq könlündəki sevgini əks etdirəcəyi bir insan tapmasa,qabiliyyətləri korşalanr,gözəl üzü solar,arzuları tükənər və qol-qanadı qırıq bir xanım olar.Qadın yalnız sevgi istər,diqqət istər,sədaqət istər.Və ən əsası nəvaziş istər....