Qadin.NET / Pas və pas ləkəsinin çıxarılması

Pas və pas ləkəsinin çıxarılması

Pas və pas ləkəsinin çıxarılması

Pas yalnız parçalar üçün deyil, eyni zamanda mebellər və başqa bir çox əşya üçün də tez-tez rast gəlinən problemdir. Əsas olaraq paslanma bir metalın oksidəşməsidir. Bu oksidləşmə təmizlənməsi çətin olan pas ləkələri qoya bilər. İnsanların çoxu pası dəmirlə eyniləşdirir. Müxtəlif paslanma şəkilləri var və bunların hamısı fərqli görünüşə malikdir. Paslanan dəmir və ya metal qırmızımtıl qəhvəyi bir pas ləkəsi yaradır.

Su və ya rütubət dəmirlə təmas edəndə su havadakı karbon qazı ilə reaksiyaya girərək karbonlu turşu yaradır. Bu turşu dəmiri zəiflədir və mərhələ başlayır. Eyni zamanda su (H2O) özünü təşkil edən hissəciklərə bölünür: yəni hidrogenə və oksigenə. Artıq ətrafda sərbəst oksigen molekulu vardır və bu molekul ayrılan dəmirlə təmas edərək yeni bir birləşmə yaradır. Dəmir indi pasın elmi adı olan dəmir oksidə çevrilmişdir.

Pas ləkəsi parçalara necə keçir?

Parçalarda və ya paltarlarda da müxtəlif mənbələrdən pas ləkəsi əmələ gələ bilir. Əgər maşınların olduğu mühitdə işləyirsinizsə, pas ləkəsi əmələ gəlməsi riski artır. Bəzi hallarda paltar yuyan maşınlarında da pas əmələ gəlir və bu pas  geyimlərə keçir. Paslı bir şeyə sürtünmək də pas ləkəsi yarada bilər.

 Pas və pas ləkəsinin çıxarılması

Paltardakı pas ləkəsi

Pas ləkələrinin çıxarılmasında ilk addım paslanan materialın xüsusiyyətlərini aşkar etməkdir. Əgər ipək, yun, dəri, kətan və ya yumşaq dəri kimi zərif parçalar və ya astarlı geyimlərdə pas ləkəsi əmələ gəlmişsə, onları peşəkar bir təmizləyiciyə aparmağınız lazımdır. Həmçinin yalnız quru təmizləmə ilə təmizlənə bilən parçaların su ilə təmasının qarşısı alınmalıdır.

Paltardakı pas ləkəsi necə çıxır?

Pas ləkəsini çıxarmaq üçün ümumiyyətlə turşu istifadə edilir. Turşu parçaya tətbiq ediləndə pas suda həll olunan hala gələrək ləkənin çıxması asanlaşdırılır. Limon suyundakı sitrik turşu da pas üçün təbii və yaxşı bir ləkə çıxarıcı vəzifəsi görür. Pas ləkəsi olan bölgəyə limonu sıxın və ya marketlərdə şüşə ilə satılan limon şirəsindən bir az tökün, limon suyunu parçanın tamamilə udmasını gözləyin.

Sonra geyimi və ya tekstil məmulatını günəşdə qurumağa buraxın. Günəş və limon suyu ləkəni yüngülləşdirir. Son olaraq geyim və ya parçanı soyuq suyla yuyun.

Adətən mebellərin ayaq hissələrində də pas əmələ gəlir. Xalça üzərində pas ləkəsi yaradır. Xalça üzərində pas ləkəsi qoyan metal əşyanı xalça üzərində istifadə etməməyə səy göstərin. Əgər bu mebel üçün yeni bir yer tapmaq istəmirsinizsə, o zaman bu mebeli xalçanın  tünd olan tərəfinə yerləşdirin ve ya metalın xalça ilə təmas etməsini əngəlləmək üçün plastik başlıqlar taxın.

Pas ləkəsi üzərindən müəyyən bir zaman keçmiş və ya xalçadakı pas çox yayılıbsa, peşəkar xalça yuma xidmətini seçin. Bir sıra pas ləkəsi çıxarma üsulları da vardır ki, bunları özünüz evdə də tətbiq edə bilərsiniz.

 

Pas və pas ləkəsinin çıxarılması

Xalçadakı pas ləkəsi necə çıxır?

Bir küt ağızlı bıçaq, diş-diş edilməli olmayan başqa bir vasitə və ya plastik bir kart istifadə edin və xalçanın iplərinə zərər vermədən pas ləkəsini çıxarmağa cəhd edin. Rütubətli bir süngərə çox az qab yuyucu maddə qoyun, sonra bunu xalçanın ləkəli bölgəsinə yüngülcə basın və orada beş dəqiqə saxlayın. Sonra pas ləkəsi olan bölgəni soyuq suya batırılmış təmiz parça ilə isladın. Əgər pas ləkəsi parçaya keçsə, islatma prosesinə davam edin və lazım olduğu qədər yuyucu maddə istifadə edin. Pas ləkəsi gəlmirsə, növbəti mərhələyə keçin. Limon suyunu ləkələnmiş bölgənin üstünə tökün. Bir neçə saat gözləyin, sonra nəm dəsmalla isladın və nəmli parça ilə silin.

20 dekabr 2014
GO BACK