İnsan xəstəliklərinin müalicəsi üçün hər zaman bir həll tapılmışdır. Dünyada köhnə zamanlardan bəri var olan müalicə üsulları hələ də qorunub saxlanılmaqdadır.
Toxunaraq əməliyyat
Braziliya və Filippində tətbiq olunan bu üsul xəstə olan bölgəyə enerji verilərək edilən neştərsiz bir müalicə üsuludur.
Qurdcuqlarla müalicə
Xüsusilə 1940-cı illərdə istifadə olunan bu üsulda açıq yara üzərinə qoyulan qurdcuqlar yara toxumasını gəmirir və yara ətrafındakı toxumanı bakteriyalardan təmizləyirlər.
Çapacaq (balta) müalicəsi
Çində məşhur istifadə edilən bu üsulda çapacaqla masaj edilərək adamın üzərindəki statik elektrik boşaldılır.
Arı müalicəsi
Çində bir çox həkim tərəfindən tətbiq olunan bu üsulda arı zəhərinin revmatizm xəstəliklərinə yaxşı təsir etdiyi düşünülür.
Zəli ilə müalicə
Yaxından tanıyacağınız və məşhur olaraq istifadə edilən bu üsulda xəstə olan bölgədəki çirkli qanı çəkmək məqsədiylə zəlidən istifadə edilir. Zəli eyni zamanda qan axışını sürətləndirmək üçün də müraciət edilən üsullar arasındadır.
İnci tozu
Çində toz halına gətirilən inci parçaları dəriyə qulluq məhsulu olaraq satılır.
Bakirə inək sidiyi
Hindistanda məşhur olan bu üsulda bakirə bir inəyin sidiyinin diabet kimi bir çox xəstəliyi müalicə edəcəyinə inanırlar.