Əqrəb şorbası
Çinin cənubuna aid bu ənənəvi şorbada əqrəbdən istifadə edilir. Bişirilərkən zəhəri yox edilən şorbanı yalnız görmək belə bir çox adamı ürkütməyə kifayət edir. Çində əqrəb qızartması da küçə ləzzətlərindən biridir. ![]()
Casu Marzu
Canlı ağcaqanad sürfələriylə dolu qıcqırdılmış bir qoyun pendiri olan "casu marzuk" olduqca sərt və ətirli bir dada sahibdir. Onu İtaliyada yalnız seçmə restoranlarda yemək mümkündür.
Escamoles
Bir növ nəhəng qara qarışqa yumurtasından hazırlanan bu yeməyin keçi pendiri dadına sahib olduğu deyilir. Meksikada bu yeməyin alıcısı olduqca çoxdur. Fikrimcə, bu siyahıda yer alan ən insaflı yeməkdir.
Cicada
Qaynatması və qızartması edilir. Dadı kartofa bənzədiyi deyilən Cicada Çində şişlərə keçirilərək közdə bişirilir. Zülal baxımından zəngin olan böcək cütləşdiyi zaman ölən cinslərdəndir.
Yarasa şorbası
Asyaya xas olan bu yeməyin adı uydurma gəlsə də, belə bir yemək var və düzgün bir şəkildə bişirilməzsə, ölə bilərsiniz. Yarasaların ətində çox ciddi xəstələnməyinizə səbəb olacaq parazitlər və patogenlər var. Yəni yeməyi yeməmişdən əvvəl yeməyi bişirən ustaya ələrinə sağlıq deməyin. Vəziyyət heç də sağlıqlı olmaya bilər.
Timsah şorbası
Timsah yeyərsiniz ya da belə soruşaq, bir tək timsah bişirilən bir restorana gedərsiniz? Təbii ki, bir çoxunuz buna xeyr deyirsiniz, amma Tayvanda belə bir restoran var. Böyük bir timsah ferması olan restoranda timsahlar 3 yaşına qədər saxlanılır və təxminən 30 kiloya gəldikləri zaman artıq bişirilməyə hazır olurlar. Restoranın ən mükəmməl ləzzətlərindən biri də timsah şorbasıdır.
Qurbağa, Namibiya
Niyə qurbağanı bütöv yeyə biləcəkkən Fransaya gedib tək ayaqlarını yeyirlər? Çünki Namibiyada nəhəng qurbağa xüsusi bir ləzzətdir. Ancaq qurbağa yeməyə gedəcəksinizsə, zamanı düzgün seçməlisiniz. Qurbağaların quruldamağa və cütləşməyə başladığı zamanlarda "üçüncü yağış"-dan sonra yeyilməsi məsləhət görülür, əks təqdirdə böyrək çatışmamazlığına səbəb ola bilir.
Dəniz darağı, Çin
Əgər Şanxayda sarılıq olmaq istəyirsinizsə, çox əziyyət çəkməyinizə ehtiyac yoxdur. Dəniz darağı Çində yeyə biləcəyiniz ən ləzzətli şey olaraq düşünülsə də, çox az qaynadıldığı üçün tərkibindəki bir çox virus və bakteriyalar canlı qalır. Bu viruslar da, Hepatit A, E, tifo və dizenteriya kimi bir çox xəstəliyə yoluxmağa səbəb olur.
Beondegi-Koreya
Koreyada qəlyanaltı olaraq satılan, qaynadılmış baramaqurdu. ![]()
Həkarl, İslandiya
Köpək balığının fermentasiyasından hazırlanan İslandiyaya xas bir yeməkdir. Daha çox İslandiyada həkarl olaraq da bilinən Greenland köpək balığından əldə edilir.