Qadin.NET / Bu qəribə yeməklərdən xəbəriniz var?

Bu qəribə yeməklərdən xəbəriniz var?

İngiltərənin "The Telegraph" qəzeti ölmədən əvvəl sınanması lazım olan maraqlı yeməklərlə əlaqəli bir siyahı nəşr edib. Budur, o siyahıdakı kimiləri üçün ürək bulandırıcı olan, "fərqli" dadlar... Hamilə olanların baxmaması məsləhətdir. biggrin

Bu qəribə yeməklərdən xəbəriniz var?
Bala siçan şərabı, Koreya
 Sağlamlıq baxımından faydalı olduğuna inanılan bu içkini düzəltmək üçün bala siçanlar şərab içində gözlədilərək mayalandırılır.
Tong zi dan, Çin
 Çinin maraqlı yeməklərindən biri olan "Tong zi dan" yumurtanın bakir bir kişinin sidiyində bişirilməsinə deyilir.
Əsrlik yumurtalar, Çin
100 il olmasa da, necə saxlandığına bağlı olaraq bir neçə həftə və ya bir neçə ay gil, duz, düyü qabığı və küldən hazırlanan qarışıqda saxlandıqdan sonra yeyilən yumurtalardır. Siz yumurtaların qoxusunu təsəvvür edin. crazy
Kirpi balığı, Yaponiya
Bu balığın zəhərli qisimləri düzgün təmizlənməzsə, öldürücü bir yemək halına gələr. 2000-ci ildən bəri Yaponiyada 20 nəfərdən çox adamın bu balığı yedikdən sonra həyatını itirdiyi deyilir.
Qızardılmış hörümçək, Kamboca
 Tarantulalar qızardıldıqdan sonra lime və qara bibərli sous ilə birlikdə təqdim edilir.
Bu qəribə yeməklərdən xəbəriniz var?
Witchetty grub, Avstraliya
Aborigenlərin ənənəvi yeməklərindən biri olan "Witchetty grub" böyük, ağ, taxta yeyən güvələrə (qurdlara) verilən addır.
Shiokara, Yaponiya
Müxtəlif dəniz heyvanlarının ətlərinin öz daxili orqanlarında təxminən bir ay boyunca duz, su və düyü qarışığında qıcqırdılmasından ibarət bir yemək.
Çəyirtkə
Dünyanın bir çox yerində yenilən çəyirtkə zülal baxımından olduqca zəngin bir qidadır.
Sannakji, Koreya
Canlı çoxayaqlı dəniz heyvanının (sprutun) qollarının kiçik parçalar halında kəsilməsiylə hazırlanan Koreya yeməyidir. Qollar hələ hərəkət etdiyi üçün və boğulma təhlükəsi meydana gətirdiyindən diqqətlə yemək lazımdır. 
Dəniz tutuquşu ürəyi, İslandiya
İslandiya və Farer adalarında olan bu quş növünün ürəyi İslandiya mətbəxinin xüsusi yeməklərindən biri sayılır.
Bu qəribə yeməklərdən xəbəriniz var?
Balut, Filippin
Ördək yumurtası içində embrion meydana gəldikdən sonra qaynadılır və balut adı verilən bu yemək ortaya çıxır.
Beondegi, Koreya
Koreyada qəlyanaltı olaraq satılan qaynadılmış baramaqurdu süfrəsi.
Xoruz pipiyi, Avropa 
İtaliyada məşhur olan və "Cibreo" adı verilən sousun olmazsa olmaz vəsaitinin xoruz pipiyi olduğunu bilirdinizmi?
Black Ivory qəhvəsi
Kilosu təxminən 1100 dollar olan bu qəhvə qəhvə dənələrini yeyən fillərin nəcislərindən toplanaraq qovrulmaqla əldə edilir.
Surströmming, İsveç
Mayalanmış Ringa balığından hazırlanan bu ənənəvi İsveç yeməyinin qoxusunun çox kəskin olduğu deyilir.
Tepa, Alyaska
Balığın başları, daxili orqanları ilə birlikdə yer altına basdırılaraq bu ənənəvi Eskimo yeməyi hazırlanır.
1 may 2016
GO BACK