Qadin.NET / İman edən alimlər-2

İman edən alimlər-2

İman edən alimlər-2
Yohannes Baptista von Helmont (1579-1644)
Hel­mont qaz kim­ya­sı və kim­yə­vi fi­zio­lo­gi­yan­nın ba­ni­si, ter­mo­met­ri və ba­ro­met­ri icad et­miş gör­kəm­li alim­dir. Ta­nın­mış ya­zı­çı Uol­ter Pey­cels öz din­dar­lı­ğı ilə ta­nı­nan Hel­mont haq­qın­da da­nı­şar­kən ya­zır­dı ki, o, öz el­mi əsər­lə­ri­nin il­ha­mı­nı inam­dan alır­dı.
Con Rey (1627-1705)
Məş­hur in­gi­lis bo­ta­ni­ki Con Rey din­dar in­san idi. Onun fik­rin­cə, əgər in­san dün­ya­ya Allahın gö­zəl­li­yi­ni əks et­dir­mək üçün gə­lib­sə, o, bü­tün onu əha­tə edən ya­ra­dı­lış­la­ra diq­qət ye­tir­mə­li­dir. Bu fik­ri öz prin­si­pi­nə çe­vi­rən Con Rey çox gənc yaş­la­rın­da el­mi təd­qi­qat­lar­la məş­ğul ol­ma­ğa baş­la­mış­dı. O, bo­ta­ni­ka və zoo­lo­gi­ya­da öz döv­rü­nün bö­yük nü­fuz sa­hib­lə­rin­dən bi­ri idi. Con Rey İla­hi ya­ra­dı­lış­lar­da­kı son­suz müd­rik­lik­dən bəhs edən ki­tab dərc et­miş­di.
O, öz əsə­rin­də bit­ki­lə­rin, hə­şə­rat­la­rın, quş­la­rın, ba­lıq­la­rın və di­gər or­qa­nizm­lə­rin min­lər­lə nö­vü­nü təs­vir edir və on­la­rın ha­mı­sı­nın tə­biə­ti Ya­ra­da­nın möv­cud­lu­ğu­na işa­rə et­di­yi­ni de­yir­di.
Con Rey ya­zır­dı: "Əv­vəl­cə hər şe­yi Allah ya­rat­mış­dı. Bi­zi əha­tə edən hər şe­yi bu gü­nə qə­dər O qo­ru­yur və ya­rat­dı­ğı şə­kil­də sax­la­yır".
Bo­ta­ni­ka sa­hə­sin­də xey­li iş­lər gör­müş Con Rey elm­lə di­nin sıx əla­qə­də ol­du­ğu­nu hə­mi­şə qeyd edir və: "Azad in­san üçün tə­biə­tin gö­zəl­li­yi, Allah`ın bö­yük­lü­yü və son­suz müd­rik­li­yi haq­da dü­şün­mək­dən gö­zəl heç nə yox­dur", -de­yir­di.
İman edən alimlər-2

Blez Paskal (1623-1662)
Qə­dim yu­nan alim­lə­rin­dən son­ra hən­də­sə­də xey­li irə­li­lə­yiş əl­də et­miş gör­kəm­li tə­bi­ət­şü­nas alim Blez Pas­kal ar­tıq çox gənc yaş­la­rın­da bir çox kəşf­lə­rin mü­əl­li­fi idi. Onun di­gər fəa­liy­yə­ti də uğur­lu idi. Blez Pas­kal ri­ya­ziy­yat sa­hə­sin­də çox­say­lı iş­lə­ri ilə ya­na­şı, fi­zi­ka­da da az iş gör­mə­di. Mə­sə­lən, o, at­mos­fe­ri təd­qiq edə­rək və ma­ye­lə­rin me­xa­ni­ka­sı ilə məş­ğul ola­raq at­mos­fer­də­ki təz­yi­qin hün­dür­lü­yün art­ma­sı­na mü­tə­na­sib ola­raq də­yiş­di­yi­ni kəşf et­di.
Elm ta­ri­xin­də va­cib yer tu­tan Blez Pas­kal din­dar in­san idi. Blez Pas­ka­lın "Allah hər şe­yin ya­ra­dı­cı­sı­dır: ri­ya­ziy­yat­dan tut­muş ele­ment­lə­rin qay­da­sı­na qə­dər" söz­lə­rin­də onun Allahın son­suz qüd­rə­ti qar­şı­sın­da­kı hey­rə­ti ifa­də olun­muş­dur.
Robert Boyl (1627-1691)
Boyl müa­sir kim­ya­nın ba­ni­si və el­min in­ki­şa­fı­na yol aç­mış bir çox kəşf­lə­rin mü­əl­li­fi­dir. Bu­na nü­mu­nə ola­raq Ro­bert Boy­lun qa­zın təz­yi­qi ilə ha­va­nın həc­mi ara­sın­da­kı ası­lı­lı­ğı kəşf et­mə­si­ni gös­tər­mək olar. Bu­nun əsa­sın­da za­man öt­dük­cə in­di Boyl qa­nu­nu ki­mi ta­nın­mış prin­sip­lər for­ma­laş­dı­rıl­mış­dır. Bun­dan əla­və, lak­mus ka­ğı­zı­nın və ən bə­sit so­yu­du­cu­nun icad edil­mə­si Boy­la məx­sus­dur. Ro­bert Boyl su­yun do­nar­kən ge­niş­lən­di­yi fak­tı­nı mü­əy­yən et­miş, kim­yə­vi ele­ment­lə­rin ilk müa­sir təs­ni­fa­tı­nı ha­zır­la­mış­dı. Ro­bert Boyl "ha­va­da təz­yiq ol­du­ğun­dan atom zər­rə­cik­lə­ri ara­sın­da boş­luq ol­ma­lı­dır" fik­ri­ni söy­lə­yə­rək atom nə­zə­riy­yə­si­ni də zən­gin­ləş­dir­miş­dir.
Bu qə­dər kəş­fin mü­əl­li­fi olan Ro­bert Boyl Allah`ın möv­cud­lu­ğu­na ina­nır­dı. O he­sab edir­di ki, kai­nat­da uca Allah`ın hə­ya­ta ke­çir­di­yi mü­əy­yən şü­ur­lu mə­na var. Ro­bert Boyl öz əsər­lə­rin­də və ifa­də­lə­rin­də tez-tez qeyd edir­di ki, elm Allah`a inan­maq­dan ay­rıl­ma­ma­lı­dır. Mək­tub­la­rı­nın bi­rin­də o ya­zır­dı: "Tə­biə­ti ya­ra­dana həmd oxu­yun... Bil­di­yi­ni­zi bə­şə­riy­yə­tin ri­fa­hı və xoş­bəxt­li­yi yo­lun­da sərf edin".
Ro­bert Boyl baş­qa bir fik­rin­də bil­di­rir­di ki, can­lı or­qa­nizm­lə­rin mü­kəm­məl­li­yi Allah`ın var­lı­ğı­nın sü­bu­tu­dur: "Dün­ya­da­kı möv­cud sis­tem­lə­rin mü­kəm­məl­li­yi, xü­su­si­lə də can­lı­la­rın hey­rə­ta­miz xü­su­siy­yət və qa­bi­liy­yət­lə­ri, on­la­rın hey­rət do­ğu­ran qu­ru­luş­la­rı əsr­lər ər­zin­də mü­tə­fək­kir­lə­rin Allahın möv­cud­lu­ğu­nu eti­raf et­mə­si­nin sə­bə­bi idi".
İman edən alimlər-2

Antoni van Levenquk (1632-1723)
An­to­ni van Le­ven­quk ilk də­fə bak­te­ri­ya­la­rı kəşf et­miş alim­dir. An­to­ni van Le­ven­quk bö­yü­dü­cü şü­şə ki­mi is­ti­fa­də et­di­yi ey­nək­lə to­xu­ma­la­rı öy­rən­mə­yə baş­la­dı. Bu cür mü­şa­hi­də­lər­lə ma­raq­la­na­raq op­tik lin­za­la­rı ha­zır­la­maq­la məş­ğul ol­du və so­nun­da bak­te­ri­ya­la­rı mik­ros­kop­la gö­rən ilk in­san ol­du. Hə­ya­tın Ya­ra­da­nın iş­ti­ra­kı ol­ma­dan öz-özü­nə ya­ran­dı­ğı ide­ya­sı­nı tək­zib et­mək cəh­di An­to­ni van Le­ven­qu­ku ol­duq­ca va­cib el­mi təd­qi­qat­lar apar­ma­ğa sövq et­di.
O, bit­ki və hey­van­la­rın qi­da­lan­ma sis­te­mi­ni, bit­ki­lə­rin qi­da­lı mad­də­lə­ri nəql et­mə sis­te­mi­ni, tö­rə­yib art­ma pro­se­si­ni öy­rən­di, müx­tə­lif bit­ki struk­tur­la­rı­nı və qan hü­cey­rə­lə­ri­ni təd­qiq et­di. An­to­ni van Le­ven­quk ka­pil­lyar­la­rı öy­rən­mək­lə ilk də­fə mü­əy­yən et­di ki, on­lar­dan qan hü­cey­rə­lə­ri ke­çir. Bun­dan əla­və, əzə­lə­lə­rin lif­lər­dən iba­rət ol­ma­sı An­to­ni van Le­ven­quk­dan ön­cə heç kə­sə mə­lum de­yil­di.
Rena
11 yanvar 2015
GO BACK