Qadin.NET / İman edən alimlər-1

İman edən alimlər-1

İman edən alimlər-1
Ro­cer Be­kon (1220-1292) 
"İna­mın rəh­mi bö­yük­dür".
Müa­sir alim­lə­rin da­hi hə­kim ad­lan­dır­dı­ğı Ro­cer Be­kon ta­nın­mış in­gi­lis ali­mi və ila­hiy­yat­çı­sı idi. O, eks­pe­ri­men­tal üsu­la bö­yük əhə­miy­yət ver­di və elm­də­ki keç­miş adət­lə­rə son qoy­du. Allahın işı­ğı in­san­la­rın gör­mə­si üçün ya­rat­dı­ğı­na ina­nan Be­ko­nun özü də çox va­cib mü­şa­hi­də­lər apa­rıb. Öz əs­ri­ni bir ne­çə yüz il qa­baq­la­yan Be­kon öz döv­rün­də əl­çat­maz olan ide­ya­lar irə­li sü­rə­rək tex­ni­ki in­ki­şa­fı ha­mı­dan qa­baq duy­du.

Pa­ra­voz­lar, qa­tar­lar, av­to­mo­bil­lər, təy­ya­rə­lər, kran­lar, as­ma kör­pü­lər-bun­lar Be­ko­nun XIII əsr­də tək­lif et­di­yi la­yi­hə­lər­dən yal­nız bə­zi­lə­ri­dir. Alim öz dost­la­rı­nın bi­ri­nə mək­tu­bun­da ya­zır­dı:

"Gə­lə­cək­də bir nə­fər­lə ida­rə olu­nan, xey­li avar­çı­nın hə­rə­kə­tə gə­tir­di­yi gə­mi­lər­dən da­ha iti hə­rə­kət edən gə­mi­lər, həm­çi­nin, qoş­qu hey­van­la­rı­nın gü­cün­dən is­ti­fa­də et­mə­dən ina­nıl­maz sü­rət­lə hə­rə­kət edən ara­ba­lar is­teh­sal olu­na­caq".
Bun­dan əla­və, Ro­cer Be­kon lin­za­la­rın bö­yü­dü­cü xü­su­siy­yə­ti­ni və on­la­rın müm­kün tət­biq sfe­ra­sı­nı təs­vir et­di. Ye­rə doğ­ru axan ul­duz işıq­la­rı­nın bi­zə bir an­da de­yil, mü­əy­yən vaxt ər­zin­də ça­ta­ca­ğı haq­da fər­ziy­yə­ni də ilk də­fə Be­kon söy­lə­yib. O, Ye­rin yas­tı de­yil, kü­rə­şə­kil­li ol­ma­sı fik­ri­ni Xris­to­for Ko­lum­bun dün­ya­ya gəl­mə­sin­dən 200 il əv­vəl irə­li sü­rüb. Bun­dan əla­və, o, bil­di­rib ki, Av­ro­pa­dan düz Qər­bə üzən­də Hin­dis­ta­na çat­maq olar.
Ro­cer Be­kon dü­şü­nür­dü ki, sı­naq yo­lu ilə əl­də edi­lən bil­gi­lər mö­min in­san­la­ra bö­yük xe­yir ve­rə­cək. O de­yir­di: "Gə­lə­cək­də biz el­min keç­miş­də ol­du­ğu ki­mi ha­zır­da da mö­min in­san­lar üçün fay­da­lı ol­du­ğu­nu gö­rə­cə­yik".

Ro­cer Be­kon təd­qi­qat­çı ki­mi bir nöq­te­yi-nə­zə­ri mü­da­fiə edir­di. Bu nöq­te­yi-nə­zə­rə gö­rə, elm heç də di­nə zidd de­yil, ək­si­nə, o, ate­ist­lə­ri Allaha ina­nan­la­rın haq­lı ol­ma­sı­na inan­dır­maq üçün əsl va­si­tə ola bi­lər. Bu söz­lər ona aid­dir: "El­min in­san­la­rın eti­qa­dı­nı möh­kəm­lən­dir­mək üçün va­cib də­yər­lə­ri var".

İman edən alimlər-1

 Qalileo Qaliley (1564-1642) 

Qa­li­leo Qa­li­ley gö­yü te­les­kop va­si­tə­si­lə gö­rən ilk in­san­dır. Qa­li­ley ilk ola­raq Ye­rin dai­rə­vi ol­du­ğu­nu bə­yan et­di və Ay­da qa­ran­lıq sa­hə­lər, dağ­lar və kra­ter­lə­rin ol­ma­sı gü­ma­nı­nı söy­lə­di. El­mə bö­yük töh­fə­lər ve­rən və haq­lı ola­raq onun ta­ri­xin­də fəx­ri yer tu­tan bu in­san ina­nır­dı ki, ağıl, hiss et­mək və da­nış­maq qa­bi­liy­yə­ti bi­zə Allah tə­rə­fin­dən bəxş edil­miş­dir. O, be­lə he­sab edir­di ki, bun­lar­dan ən yax­şı şə­kil­də is­ti­fa­də edil­mə­li­dir.
O, tə­bi­ət­də olan hər şe­yin İla­hi mə­na sa­yə­sin­də möv­cud ol­du­ğu fik­ri­nin mü­ba­hi­sə­siz­li­yi üzə­rin­də is­rar edir­di. Qa­li­ley de­yir­di: "Tə­bi­ət şüb­hə­siz ki, Allahın ikin­ci ki­ta­bı­dır, biz on­dan im­ti­na et­mə­mə­yə və onu oxu­ma­ğa məc­bu­ruq". O, mü­qəd­dəs ki­tab­lar və İla­hi ya­ra­dı­lış­lar ara­sın­da hər iki­si­nin Allah tə­rə­fin­dən ya­ra­dıl­ma­sı sə­bə­bi ilə heç bir zid­diy­yə­tin ol­ma­dı­ğı­nı bu şə­kil­də bil­di­rir­di.
İohann Kepler (1571-1630)
Kep­ler de­yir­di: "Biz as­tro­nom­lar, Al­lah di­ni­nin tə­rəf­dar­la­rı tə­bi­ət ki­ta­bı­na ba­xa­raq Allaha şü­kür et­mə­li­yik".
As­tro­no­mi­ya­nın ba­ni­si olan da­hi alim pla­net­lə­rin hə­rə­kə­ti­ni he­sab­la­dı, Gü­nəş sis­te­min­də­ki mə­sa­fə və öl­çü­nü mü­əy­yən et­di, ul­duz­la­rın göy qüb­bə­sin­də hə­rə­kə­ti­ni əks et­di­rən ilk as­tro­no­mik təq­vi­mi bu­rax­dı.
Də­rin el­mi bil­gi­lə­rə sa­hib olan Kep­ler, bu­nun­la be­lə, kai­na­tı Ya­ra­da­nın xəlq et­di­yi­nə ina­nır­dı. Kep­le­r ondan:
"Nə üçün elm­lə məş­ğul olur­san",-de­yə so­ru­şan­la­ra: "Yaradanın əsərlərindəki ləzzəti hiss et­mək üçün",-deyə cavab vermişdir.
Kep­ler ina­nır­dı ki, Allah hər əsə­rin­də Özü haq­da şa­hid­lik edir. Onun hə­ya­tı­nı və el­mi əsər­lə­ri­ni öy­rən­dik­də qar­şı­mı­za ge­niş dün­ya­ gö­rüş­lü və kai­nat­da İla­hi mə­na­nın var­lı­ğı­na qə­ti əmin olan bir in­san çı­xır.
Kep­ler özü­nə be­lə su­al­lar ve­rir­di: "Ağ ayı­la­rı və ağ ca­na­var­la­rı qar bas­mış şi­mal sa­hə­lə­ri­nə kim gön­dər­di? Ba­li­na, ayı və ca­na­var­la­rın ye­mi­nə çev­ri­lən yu­mur­ta­la­rı qo­yan quş­la­rı kim ora­da məs­kun­laş­dır­dı?" Özü də ca­vab ve­rir­di: "Bu, bi­zim Allahımızdır və O, hər kəs­dən yük­sək­də­dir. Onun müd­rik­li­yi son­suz­dur və Onun heç bir hü­du­du yox­dur". Kep­ler öz dü­şün­cə­lə­ri­ni bu cür da­vam et­di­rir­di: "Ya­ra­da­nı an­la­maq üçün bü­tün hiss­lə­ri­niz­dən və in­tui­a­si­ya­nız­dan is­ti­fa­də edin".
Rena
17 dekabr 2014
GO BACK