Qadin.NET / Qidalar: faydalı və maraqlı

Qidalar: faydalı və maraqlı

Yediyimiz qidaların nəyə xeyri olduğunu və onlar haqqında müxtəlif və maraqlı fikirləri yəqin ki, hər birimiz müəyyən qədər eşitmişik, bilirik. Lakin “qulaq gündə bir söz eşitməsə, kar olar” məsəlindən irəli gələrək sizlər üçün bəzi həm maraqlı, həm də faydalı məlumatlar toplamağa çalışmışam. İnşəallah sizlər üçün bir yenilik olar və faydalana bilərsiniz.

Qidalar: faydalı və maraqlı

Səhərlər alma yemək yuxunuzu qəhvədən çox qaçıracaq.

Qidalar: faydalı və maraqlı

Asqıran bir insanın yanında ananas demək həmin insanın asqırmağını unutdurmasına səbəb ola bilər.

Qidalar: faydalı və maraqlı

Bir, iki qəhvə dənəsinə limon suyu sıxıb hissə-hissə yedikdə baş ağrılarından qurtula bilərsiniz (həkim məsləhəti ilə).

Qidalar: faydalı və maraqlı

Soyuducuya qoyduğunuz bir stəkan su bütün yeməklərin ətrini özünə çəkəcək.

Qidalar: faydalı və maraqlı

Ağrıyan dişinizə mixək qoysanız, ağrısı xeyli azalacaq. Diş üçün istifadə edilən bir çox dərmanların tərkibində mixək var.

Qidalar: faydalı və maraqlı

Əgər tər qoxusundan şikayət edirsinizsə, bol cəfəri yeyin. Tərləsəniz də, cəfəri bu qoxunun yaranmasına imkan verməyəcək.

Qidalar: faydalı və maraqlı

Türk qəhvəsinin suyla birlikdə qonağa təqdim edilməsi qədim Osmanlı adətlərindəndir. Əgər qonaq suyu birinci içərsə, deməli acdır, yemək gətirilirdi.

Qidalar: faydalı və maraqlı

Ananas bir çoxumuzun bildiyinin əksinə olaraq torpaqda yetişir.

Qidalar: faydalı və maraqlı

Çayın öz ləzzətini saxlaması üçün fincana yüksəkdən və yavaş-yavaş tökmək lazımdır.

Qidalar: faydalı və maraqlı

Bibərlərin acılığını onların saplağındakı ulduzların sayına görə bilmək olar. Əgər ulduzların küncünün sayı beşi keçirsə, deməli, bibər çox acıdır.

Qidalar: faydalı və maraqlı

Hirsli vaxtlarınızda bitter (tünd) şokolad yeyin. Tərkibindəki kakao əsəbinizi sakitləşdirəcək.

Qidalar: faydalı və maraqlı

Qara pomidor.

Qidalar: faydalı və maraqlı

Meyvəsini gövdəsində verən Jabuticaba ağacı.

Qidalar: faydalı və maraqlı

Bananın qırmızı rəngli növü: Qırmızı Dacca.

Qidalar: faydalı və maraqlı

Bir kq limonda bir kq çiyələkdən daha çox şəkər var.

2 dekabr 2014
GO BACK