Qadin.NET / Mustafa Ceceli

Mustafa Ceceli

Mən onu tanımağa başlayanda böyük bir depressiyada idim,Sanki "Karanfil"  mahnısını mənim üçün yazmışdı.3 ildən çoxdu mən onun haqqında olan hər xəbərə böyük dəyər verirəm.Bir tək arzum onu yaxından görə bilməkdi.

Mustafa Ceceli 

 

Buda Mustafa Ceceli haqqında qısa məlumat:

Mustafa Ceceli 2 noyabr 1980-ci ildə Ankarada dünyaya gəlib.Musiqiyə olan marağı ailəsi tərəfindən çox kiçik yaşında kəşf  edilib.6 yaşında pianino ilə tanış olan Mustafa 2 illik təhsildən sonra müəllimi ona konservatoriya təhsili almağı da məsləhət gördü.Ali məktəb imtahanında Ankara universiteti Baytar-həkimlik ixtisasına qəbul olunur.Eyni ildə də dostlarının qurduğu bir qrupda işləməyə başlayıb.Təhsilinin 3-cü ilində yenidən ali məktəb imtahanına girərək Yeditepe Üniversiteti İşletme bölümünə qəbul olundu.Ankaradakı musiqi həyatını nöqtələyərək İstanbula gəldi.

İstanbula gəlməsi ilə musiqi həyatında yeni yol açdı.Cenk Erenin vokallığını etməyə başlayıb, Merih Ermakastarın mahnılarını aranjıman edərək professional aranjımançı kimi fəaliyyət göstərməyə başlayıb.Ozan Doğulu ilə tanış oldu və o zamanlar hazırlanmaqda olan Kenan Doğulunun ‘’Demedi Deme’’ albomundakı ''Aklım Karıştı''mahnısını aranjıman etdi .

Bu mahnılarla əldə etdiyi  bacarığı ilə Sezen Aksuya qədər uzanan musiqi yolculuğu başlamış oldu.Sezen Aksuya həm səhnədə,həm də albomunda köməklik etməyə başladı.Sezen Aksu onu “hacı” deyə səsləyirmiş.Bir müsahibəsində oxudum ki,Sezen Aksu ona- nədir bu qədər hacca gedirsən,günahların bu qədər çoxdurmu deyə soruşmuşdu.Onu da xatırladım ki,Mustafa anası ilə birgə Həcc ziyarətində olub.

Mustafa Ceceli

Eyni illərdə Kenan Doğulunun Çakkıdı mahnısı üzərində işlədi və həmin mahnı ilə Türk Pop Müziğine yeni bir hava gətirdi və böyük marağa səbəb oldu. Ardından Emre Altuğ, Levent Yüksel, Hande Yener, Serdar Ortaç, Bengü, Melih Görgün, Ziynet Sali, Gülşen, Betül Demir, Murat Boz, Sıla, Hepsi ve Emel Müftüoğlu üçün  etdiyi aranjımanlarla yüksəlişini daha da sürətləndirdi.

  Samsun Demirdən gələn təkliflə  ENBE orkestrası albomunda Sezen Aksuya aid olan“Unutamam“ adlı mahnını səsləndirdi. Mahnı 35. Altın Kelebek “En İyi Çıkış Yapan Solist’’ və Power Türk Video Müzik Ödülləri “En İyi Çıkış Yapan Video Klip” mükafatını aldı.Bununla da solist kimi fəaliyyətə başlamış oldu.Daha sonra da Uzay Heparı “Sonsuza” albomunda “Karanfil’’ adlı mahnıyı aranjıman etdi və səsləndirdi.Bu mahnı mənim ona olan marağımım başlanğıcı oldu. 

Sonra ard-arda "Limon Çiçekleri" adlı ilk single çalışması yer aldı.Mahnı 1 nömrəyə yüksəldi və bir çox səslə ilin single-ı adını aldı .

2 ildən sonra yenidən albomu çıxmağa başladı. 2009 –cu ildə  14 fevral sevgililər günü üçün hazırlanan  Hastalıkta Sağlıkta mahnısı çıxdı və demək olar ki,sevgililərin ən sevimli mahnısı oldu.

Arxasıyca da "Tenlerin  seçimi" , " Dön" mahnılarına klip çəkib.

16.Kral TV Müzik ödülləri gecəsində ‘’En Iyi Erkek Sanatçı’’ və ‘’En Iyi Albüm’’ mükafatına layiq görüldü. ‘’Hastalıkta Sağlıkta’’ adlı mahnısıyla ‘’Yılın En Iyi Çıkış Yapan Şarkısı’’mükafatını aldı Hürriyet Gəzeti tərəfindən hazırlanan 37. Altın Kelebek ödülələri gecəsində ‘’En İyi Çıkış Yapan Sanatçı’’ mükafatına layiq görüldü.

Mustafa Ceceli 

 

Yay ayında  ''Hata'' adlı bir mahnısı da çıxmağa başladı.

Profesional olaraq aranjımançı kimi həyatına davam edən  Mustafa Ceceli son olaraq  Sertab Erener, Tarkan, Ajda Pekkan ve Aşkın Nur Yengi ilə çalışdı .

EnBe Orkestrası ''Kalbim'' albomunda yenidən yer aldı.Albomda səsləndirdiyi 2 mahnı ilə 'Eksik' və 'Yağmur Ağlıyor"la böyük diqqətə səbəb oldu. 'Eksik' mahnısı Mustafa Ceceli - Elvan Günaydın dueti olaraq dinləyici ilə görüşdü.

Şəxsi həyatı barədə o qədər də danışmağı sevmir.Evlidir.Övladı yoxdur

Aldığı mükafatlar

2008    Powertürk Musiqi Ödülləri    Ən Yaxşı Çıxış Video Klip (Unutamam)

2009    İstanbul FM Musiqi Ödülləri  Ən Yaxşı Çıxış edən Sənətçi

2009    İstanbul FM Musiqi Ödülləri  Ən Yaxşı kişi Sənətçi Single'ı

2010    16.Kral Tv Musiqi Ödülləri     Ən Yaxşı Albom

2010    16.Kral Tv Musiqi Ödülləri     Ən Yaxşı kişi Sənətçi

2010    37. Altın Kelebek Ödülləri     Ən Yaxşı Çıxış edən Solist

2010    7.Radyo Boğaziçi Musiqi Ödülləri   Ən Yaxşı kişi Pop Musiqi Sənətçisi

2010    1. Pal FM Musiqi Ödülləri       Ən Yaxşı Çıxış edəm Sənətçi

2010    İstanbul FM Musiqi Ödülləri   Ən Yaxşı albom (kişi) 

Mustafa Ceceli

Mən bu vaxta kimi heç bir müğənniyə o qədər də maraq salmamışdım.Ama onun səsi,görünüşü,gecə həyatının olmaması,şəxsi həyatının özünə məxsus olaraq saxlaması mənim ona olan marağımı daha da artırdı....Onu müğənni olaraq çox bəyənirəm  gələcək işlərində uğurlar arzu edirəm...

5 mart 2011
GO BACK